Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumat vermək;
Hüquqi və fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;
Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştərilərin hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq icrasını təşkil etmək;
Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək;
Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq;
Bölmənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək.
Tələblər
Ali təhsil (Maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar);
Vəzifəyə uyğun olaraq müvafiq sahədə 1-3 il təcrübə;
Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır;
MS Office proqramlarında işləmək bacarığı;
Müştərilərlə yüksək ünsiyyət qurmaq və komanda tərkibində işləmək bacarığı.