ATB Bank
Ana səhifə
/
/
/
Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi/ baş mütəxəssisi

Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi/ baş mütəxəssisi

  • ATB Bank
  • 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

02-11-2023

2.7K

Bağlanılıb

Təsvir

  • Biznes krediti və sənədli əməliyyat müraciətləri üzrə müştərilərin ödəniş qabiliyyətinin müəyyən olunması məqsədilə maliyyə  və biznes təhlilinin aparılması, təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması məqsədilə müştərilər ilə görüşlərin keçirilməsi;
  • Biznes müştərilər üzrə kredit reytinqlərinin hesablanması və müvafiq ilkin qərarların qəbul edilməsi işini həyata keçirmək;
  • Kreditləşmə üzrə bankdaxili qaydaların qorunması, təminata dair və digər risklərin düzgün qiymətləndirilməsini həyata keçirmək;
  • Biznes kredit/sənədli əməliyyat müraciətləri üzrə son qərarın verilməsi məqsədilə kredit rəyinin hazırlanması;
  • Kredit reytinqi modellərininin təkminləşdirilməsində iştirak etmək, bu istiqamətdə təkliflər vermək;
  • Bankın biznes portfelinə daxil olan kreditlərin müxtəlif aspektlərdən təhlili;
  • Biznes kreditlərin təhlilinə dair hesabatların hazırlanmasında iştirak.

Tələblər

  • Ali təhsil;
  • Səlis Azərbaycan dili, İngilis və Rus dili biliyi mütləqdir;
  • Kredit və qarantiya məhsullarının təhlili üzrə 1-3 il iş təcrübəsi;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
  • ACCA F3/FFA, ACCA F7/FR sertifikatlarının olması üstünlükdür;
  • MS Office proqramlarından (xüsusilə MS Excel, Power Point) sərbəst istifadə qabiliyyəti olmalı;
  • Komandada işləmək, vaxtın idarə edilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı olmalı;
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti.


Vakansiya haqqında

Son tarix

dekabr 12, 2023

Paylaşılıb

noyabr 2, 2023

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə