Kontakt Home
Ana səhifə
/
/
/
Marketinq üzrə menecer

Marketinq üzrə menecer

  • Kontakt Home
  • Svetlana Məmmədova, Bakı, Azərbaycan
  • Tam ştat

13-07-2026

31.2K

Bağlanıb

Təsvir

  • Layihənin büdcəsinin və vaxt çərçivəsinin hazırlamanması və icra olunmasına nəzarət edilməsi;
  • Auditoriyanın təyin edilməsi və kommunikasiya strategiyasının qurulması;
  • Qrafik dizayn, motion dizayn, copywriting, PR, rəqəmsal marketinq, sosial media və outdoor reklam kimi müxtəlif komandalar arasında işlərin koordinasiyasının təmin edilməsi;
  • Müxtəlif kommunikasiya kanallarının düzgün və koordinasiyalı şəkildə işləməsinə nəzarət edilməsi;
  • Layihə ərzində meydana gələn dəyişikliklərə çevik reaksiya verərək layihənin tənzimlənməsi;
  • Ümumi kommunikasiya üzrə büdcənin tərəfdaşlarla bölüşdürülməsi;
  • Satış və icra göstəricilərinin təhlil edilməsi;
  • Bütün xərcləri toplayaraq yekun büdcə hesabatını hazırlanmasl;
  • Görülmüş işlərin effektivliyini ölçərək hesabat hazırlanması;
  • Kommunikasiya bitdikdən sonra tərəfdaşlar tərəfindən ödənişlərin hesabatı və nəzarət edilməsi;
  • Yeni məhsullar üçün kommunikasiya planlarının hazırlanması və icrası;
  • Kommersiya şöbəsindən daxil olan müraciətlərin təhlili və kateqoriya üzrə uyğun məhsulların seçilməsi;
  • Mövsümi və məhsul yönümlü kampaniyaların təklifi və icrası;
  • Bazar trendlərinin və istehlakçı davranışlarının araşdırılması;
  • Lokal və beynəlxalq bazardakı meyllərin izlənilməsi və uyğun strategiyaların formalaşdırılması.

Tələblər

  • Ali təhsil (Marketinq, Menecment, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə);
  • Marketinq sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis, ingilis və/və ya rus dillərindən ən azı birində yaxşı səviyyədə ünsiyyət bacarığı;
  • Microsoft Excel (və ya Google Sheets), Outlook proqramlarında sərbəst işləmə bacarığı;
  • Marketinq strategiyalarının hazırlanması, icrası və nəticələrinin qiymətləndirilməsi üzrə bilik və təcrübə;
  • Analitik düşünmə, bazar araşdırmalarının aparılması və əldə olunan məlumatların təhlil edilməsi bacarığı;
  • Güclü planlaşdırma, təşkilatçılıq və eyni vaxtda bir neçə layihəni effektiv idarəetmə bacarığı;
  • Yaradıcı düşüncə, innovativ yanaşma və problem həll etmə bacarığı;
  • Güclü kommunikasiya, təqdimat, komanda ilə əməkdaşlıq və koordinasiya bacarıqları.

Vakansiya haqqında

Son tarix

August 12, 2026

Paylaşılıb

iyul 13, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr