Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək; istisnalar barədə dərhal şöbə rəhbərini və mühasibatlığı məlumatlandırmaq;
İş gününün əvvəlində və sonunda anbar qalığı təftişini etmək, məlumatları şöbə rəhbərinə bildirmək;
Malların anbarda yığım və düzülüşünü təftiş (audit) üçün nizamlı şəkildə edilməsinə nəzarət etmək, mal buraxılışında təlimatın qaydalarına riayət etmək;
Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək; -
Anbara daxil və xaric olan malları 1C sisteminə daxil etmək və təyin edilən qaydalar üzrə rəsmiləşməni həyata keçirmək;
Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsində Təhlükəsizlik Xidməti əməkdaşlarının iştirakı ilə etmək;
Minimum anbar qalığını gündəlik olaraq izləmək və dövri sifarişlərin alışı üçün şöbə rəhbərinə məlumat vermək.
Tələblər
Ali təhsil;
Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
Kompüter bilikləri ( MS Office, 1C (8.3));
Anbar uçotu və mal-material dəyərlilərinin hərəkəti üzrə qaydaları bilmək;
Yüksək məsuliyyətlilik və diqqətlilik;
Dəqiqlik və sistemli işləmək bacarığı;
Dürüstlük və etibarlılıq;
Hesabatlılıq və intizamlılıq.
Vakansiya haqqında
Son tarix
December 17, 2026
Paylaşılıb
noyabr 17, 2026
Vakansiya növü
Tam ştat
Kateqoriya
Logistika və nəqliyyat
İmtiyazlar
Könüllü tibbi sığorta
Nəqliyyat servisi
Yemək şirkət tərəfindən verilir;
korporativ nömrə ilə təmin olunur
Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı