Heydər Əliyev adına Beynəlxalq Hava Limanı (Terminal 2), Airport Rd, Azərbaycan
Tam ştat
05-06-2025
5
Bağlanılıb
Təsvir
Yeni bazar imkanlarının araşdırılması və potensial tərəfdaşların müəyyən edilməsi;
AZAL saytında müştərilərə təqdim olunacaq əlavə xidmətlərin artırılması məqsədilə xidmətləri göstərən tərəfdaşlar ilə əməkdaşlıqların qurulması;
Tərəfdaşlar ilə kommersiya danışıqlarının aparılması, müqavilələrin tərtib edilməsi və bağlanılması;
Tərəfdaş performansının monitorinqi və optimallaşdırılması;
Tərəfdaşlar ilə qurulan məhsulun şərtlər toplusunun və proseslərin hazırlanması;
Tərəfdaşların AZAL E-commerce platformasına qoşulması üçün texniki prosesin idarə olunması;
Tərəfdaşlara təqdim olunacaq aylıq ödəniş sənədlərinin tərtib edilməsi, tərtib edilmiş sənədlərin tərəfdaşlara çatdırılması, illik/aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
Metasearcherlərdə və aqreqatorlarda olan satışların təhlili, rəqib analizlərinin aparılması;
Rəqəmsal Kommersiya trendlərinin izlənilməsi və innovativ həllərin təklif olunması.
Tələblər
İş təcrübəsi: Tərəfdaşlar ilə iş üzrə minimum 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Menecment, İT ixtisası üzrə bakalavr dərəcəsi;
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: əla;
Layihə idarə etmə sistemləri ilə təcrübə;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Təqdimat bacarıqları;
Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
Danışıqların aparılması bacarığı;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı.
İş qrafiki:
Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)