· Anbarlarda olan malların təhlükəsizlik qaydalarına, saxlanılma şərtlərinə, sənədləşdirmə normativlərinə əməl edilməsi;
· Mədaxil-məxaric sənədlərinin dövriyyəsinə nəzarət olunması;
· Mal-material təhvil-təslimi qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması;
· Anbarda mal-materialların texniki xüsusiyyətinə, saxlanma, yığılma şərtlərinə və yerləşdirmə qaydalarına uyğun olaraq yığılmasının və yerləşdirilməsinin təmin edilməsi;
· Təhlükəsizlik texnikasına və əməyin mühafizəsi qaydalarına riayət edilməsi;
· Anbarın səliqə və təmizliyinin təmin edilməsi;
· Məhsulların yüklənmə və boşladılması işlərinin təşkil olunması;
· Mal və materialların inventarizasiyasının təlimatlara uyğun təşkil edilməsi və prosesdə iştirak edilməsi;
· Anbara aid müvafiq hesabatların hazırlanması və aidiyyəti rəhbərə verilməsi;
· Mərkəzi anbardan göndərilən mal-materialların tamlığının, kəmiyyətinin, sifarişlə eyniliyinin yoxlanılması və şərtlərə uyğun olmadıqda müvafiq prosedurların həyata keçirilməsi.
· Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (Rabitə və Telekommunikasiya sahəsində iş təcrübəsinin olması üstünlükdür)
· Təhsil: Ali və ya orta ixtisas
· Dil bilikləri: Azərbaycan dili-əla,Rus dili arzuolunandır
· MS Office (Word, Excel, Outlook) proqramlarını bilməlidir
· Komandada işləmə bacarığı
· Şifahi və yazılı ünsiyyət bacarığı
Son tarix
mart 22, 2024
Paylaşılıb
fevral 23, 2024
Vakansiya növü
Tam ştat