Baku Agropark LLC
Ana səhifə
/
/
/
Satınalmalar üzrə baş mütəxəssis

Satınalmalar üzrə baş mütəxəssis

29-09-2023

764

Bağlanıb

Təsvir

• Daxili və xarici bazarların araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm yeniləmək

• Tələblər əsasında potensial mal və xidmət təchizatçılarının araşdırması

• Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)

• Sənəd dövriyyəsinin düzgün və operativ təşkili

• Alınacaq malların keyfiyət və spesifikasiyalarını uyğunluğunu son istifadəçi ilə razılaşdırmaq,

• Yeni tədarükçülər ilə xidmət və alışa əsasən müqavilələrin hazırlanmasını təmin etmək

• Görülən işlərin təhvil təslim aktının hazırlanması,

• Tələb olunan malların/xidmətlərin alışının müvafiq ERP proqramında düzgün, operativ və əhatəli şəkildə alış orderlərini (PO) tərtib etmək

• Alışların ümumi məlumatlar bazasına işlənməsi,

• Alınan malların qəbulu və düzgünlüyünün nəzarəti,

• Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması

Tələblər

 Təhsil : Ali ( İqtisadiyyat, Menecment, Tədarük zəncirinin idarəedilməsi və s əlaqədar ixtisaslar )

• Təcrübə: Minimum 3-5 il (İstixana sahəsində iş təcrübəsi üstünlükdür)

• Sertifikatlar: CİPS və sahəyə uyğun sertifikatlarının olması üstünlükdür

• Dil bilikləri: Azərbaycan Dili ,İngilis dili , Rus dili

• İT üzrə biliklər: MS Office və 1C

Texniki Bacarıqlar

• Dövlət Satınalmaları və Tender proseslərini, habelə müvafiq qanunvericilik bazasını bilmək.

• Satınalma, Müqavilələrin tərtibatı, Logistika prinsip və qaydaları haqqında məlumat

• Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması

Səriştəlik

• Məsuliyyətli,disiplinli,açıq fikirli

• Güclü analitik qabiliyyətlər,problem həll etmə və əməkdaşlıq bacarıqları

• Güclü şifahi və yazılı ünsiyyət,fikirlərini düzgün çatdırmaq,təqdimat etmək bacarıqları

• Prinsip və Dəyərlərə sadiqlik

• Prosedur və qaydalara riayət etmək

• Operativlik, Qərar almaq və İcra etmək


  • İş rejimi: 5 gün
  • İş yeri Zirə qəsəbəsində yerləşən Baku Agropark İstixana kompleksində yerləşir


Vakansiya haqqında

Son tarix

October 30, 2023

Paylaşılıb

sentyabr 29, 2023

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Nəqliyyat xidməti
  • Yanacaq
  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Könüllü tibbi sığorta