Təsvir
- Şirkətin təsərrüfat və inzibati işlərinin təşkili və nəzarəti
- Təmizlik, təsərrüfat materiallarının və inventarın idarə olunması
- Təmir işlərinin təşkili, təhlükəsizlik və yanğın əleyhinə sistemlərin nəzarətdə saxlanması
- Texniki personalın işinin koordinasiyası və effektiv idarə olunması
- Büdcə planlaması və təchizatla bağlı tələblərin qarşılanması
- Şöbə rəisi MRF icrasını nəzarətdə saxlamalı, qəbul edilən malların uyğunluğunu yoxlamalı, anbardan götürülməsini və sonradan istehlak edilməsi üçün şöbə anbarında saxlanmasını və hesabatlı/qənaətli istifadəsini təmin etməlidir.
- Şöbə rəisi tabeçiliyində olan personalın vəzifə təlimatlarına , SƏTƏMM qaydalarına, sanitar-gigiyena və səliqə-səhmana ciddi riayət etmələrinə nəzarət və təmin etməlidir.
- Şöbə rəisi müxtəlif hesabatların, o cümlədən büdcə smetasının, mal və materialların xərclənməsinin/istifadəsinin, hazırlanmasını təmin etməlidir.
- Keyfiyyət idarəetmə sistemləri və digər aidiyyəti standartlar haqqında ümumi məlumata malik olmalı, müəssisənin siyasət və məqsədlərini bilməlidir.
Tələblər
- Ali təhsil (bakalavr)
- Təsərrüfat fəaliyyətinin təşkili və idarə olunması sahəsində ən azı 5 il iş təcrübəsi;
- Büdcənin planlaşdırılması və təsərrüfat resurslarının idarə olunması sahəsində praktiki təcrübə;
- Sənədlərlə işləmək və daxili sənəd dövriyyəsini aparmaq bacarığı;
- Ofis avadanlıqlarından və kompüter proqramlarından (MS Office paketi) yaxşı səviyyədə istifadə bacarığı;
- Əlavə üstünlük: logistika, texniki xidmət və ya infrastrukturun idarə olunması sahəsində əlavə iş təcrübəsi.
- Xarici dillərin biliyi (Rus və İngilis);