Biznes məlumatlarının təhlili, hesabatlılığın avtomatlaşdırılması və analitik həllərin hazırlanması üzrə təcrübəli namizədləri komandamıza dəvət edirik. Bu vəzifədə siz müştəri və biznes göstəricilərinin təhlili, interaktiv dəşbordların hazırlanması və biznes bölmələri üçün analitik həllərin təqdim edilməsində aktiv rol alacaqsınız.
Vəzifə öhdəlikləri:
- Biznes (Mikro/KOB/Korporativ) müştərilərin tranzaksiya tarixçəsi, POS dövriyyəsi, əməkhaqqı layihələri və kredit portfeli məlumatlarına əsasən təhlil edilməsi və biznes üçün tövsiyyələr verilməsi
- DWH-dan datanın çıxarılması, təmizlənməsi və biznes bölmələri üçün avtomatlaşdırılmış, interaktiv dəşbordların hazırlanması.
- Məhsul sahibləri (Product Owners) və satış komandaları ilə sıx işləyərək biznes tələblərini texniki tapşırıqlara çevirmək və data əsaslı qərarların verilməsinə dəstək olmaq.
- DWH-dan məlumatların çıxarılması və onun əsasında birdəfəlik Ad-hoc və daimi hesabatların hazırlanması.
- Görülən data əsaslı işlərin sənədləşdirilməsi.