Kontakt Home
Home page
/
/
/
İmtinalara nəzarət və kredit şərtlərinin inkişafı üzrə qrup rəhbəri

İmtinalara nəzarət və kredit şərtlərinin inkişafı üzrə qrup rəhbəri

01-09-2026

539

Description


  • Kredit imtinalarının səbəb strukturunun mütəmadi təhlili, tendensiyaların və kənarlaşmaların müəyyən
  • edilməsi;
  • İmtina səbəbləri siyahısının idarə edilməsi: mövcud səbəblərin aktuallığının və düzgünlüyünün yoxlanılması,yeni səbəblərin əlavə edilməsi və qüvvədən düşmüş səbəblərin deaktiv edilməsinin təşkil olunması;
  • Kredit şərtlərinin təkmilləşdirilməsi üzrə əsaslandırılmış təkliflərin hazırlanması və Direktor müavininə təqdim olunması;
  • İmtina qərarlarının keyfiyyətinə nəzarət sisteminin qurulması və idarə olunması (təkrar yoxlama, zəng

yazılarının seçmə yoxlanışı, imtina–satış uyğunlaşdırması);

  • Səlahiyyəti çərçivəsində imtina qərarlarına yenidən baxılması və müvafiq qərarın verilməsi;
  • Kreditorlar üzrə fərdi göstəricilərin izlənməsi və aşağı nəticə göstərən əməkdaşlarla iş planının müəyyən

edilməsi;

  • Kreditorların attestasiya proqramının məzmununun hazırlanması və keçirilməsində iştirak edilməsi;
  • Mağaza rəhbərlərindən və digər şöbələrdən daxil olan müraciətlərin araşdırılması və cavablandırılması;
  • Qrupun gündəlik işinin təşkili, tapşırıqların bölüşdürülməsi və icra keyfiyyətinə nəzarət olunması;
  • Həftəlik və aylıq hesabatların hazırlanaraq Direktor müavininə təqdim olunması;
  • Satışda yaranmış xətaların və yeni hesabat tələblərinin İT bölməsi ilə əlaqələndirilməsi və nəticələrin qəbul olunması.

Requirements

  • Ali təhsil (iqtisadiyyat, maliyyə, statistika və ya oxşar sahə);
  • Kredit, risk, analitika və ya əməliyyat idarəetməsi sahəsində 1 il iş təcrübəsi;
  • Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dilini bilməsi arzu olunandır;
  • Microsoft Office (yüksək səviyyədə Excel) GNİ , Mikro ERP bilikləri;
  • Analitik düşünmə tərzi və nəticələri konkret təkliflərə çevirmək bacarığı;
  • Kredit prosesinin və risk qiymətləndirmə məntiqinin başa düşülməsi;
  • Hesabatlar hazırlamaq və hesabatlar üzərində analizlər aparmaq bacarığı;
  • Komanda idarəetmə bacarığı.


About this role

Apply Before

October 1, 2026

Job Posted On

September 1, 2026

Job Type

Full-time

Category

Other