İş yerlərinin sanitar-texniki vəziyyətinə, bina, qurğu və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinə nəzarət etmək;
İstehsalat xəsarətləri, peşə xəstəliklərinin profilaktikası və istehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
Bədbəxt hadisə və qəza törədə biləcək risklərin aradan qaldırılması üçün tədbirlərə nəzarət etmək;
Yeni və mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə giriş, cari, plandan kənar və təkrar təlimatlar keçmək;
Təlimat jurnallarının tərtibinə və imzalanmasına nəzarət etmək;
Əməyin təhlükəsizliyi və ekoloji tələblərlə bağlı maarifləndirmə işlərinin aparılmasına köməklik göstərmək;
İşçilərə verilən xüsusi geyim, ayaqqabı, fərdi mühafizə vasitələrinin qorunması, təmizlənməsi, qurudulması və zərərsizləşdirilməsi işlərinə nəzarət etmək;
Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətini yoxlamaq;
İş şəraitinin yaxşılaşdırılmasına yönəlmiş kompleks planların hazırlanmasını təşkil etmək;
İstehsalatda ətraf mühitin çirklənməsinin qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
Təhlükə potensiallı obyektlərdə “Texniki təhlükəsizlik haqqında” Qanunun və digər normativlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
Ətraf mühitin mühafizəsi sahəsində daimi nəzarəti təmin etmək;
Əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinin təmin edilməsi üzrə tabeliyində olan bölmələrin fəaliyyətini əlaqələndirmək;
Təsdiq olunmuş prosedur və formaların icrasına nəzarət etmək, uyğunsuzluqlar aşkar edildikdə rəhbərliyə məruzə etmək;
Müvafiq formalı hesabatları tərtib edib aidiyyəti üzrə təqdim etmək;
ADY daxili və xarici ezamiyyətlər.
Responsibilities
Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə)
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il
Müvafiq sahə üzrə sertifikatlar üstünlükdür
Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə biliklər
Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu üzrə biliklər
Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu üzrə biliklər
Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair biliklər