Tikinti sahəsində bütün növ işlərin layihəyə, təhlükəsizlik qaydalarına, tikinti standardlarına, texniki spesifikasiyaya tam uyğun aparılmasına nəzarət etmək və idarə etmək;
Sahədə görülən işləri koordinasiya etmək;
Tikinti işlərinin gedişatına, təşkilinə və keyfiyyətinə nəzarət etmək, gündəlik iş tərəqqisini nəzərdən keçirmək və hesabat hazırlamaqla rəhbərliyi məlumatlandırmaq;
Tikinti işlərində və sahədə işçilərə olan tələbatı müəyyən etmək;
Materialların hesabatına, sifariş olunmasına ve çatdırılmasına nəzarət etmək;
Layihədə dəyişikliklər və ya hər hansı razılaşma, rəhbərliyin təlimatları barədə layihəçi-memarlarla, texniki nəzarətçilərlə, subpodratçılarla, təchizatçılarla müzakirələr aparmaq;
Layihənin sahə işlərinə plan üzrə nəzarət və idarə etmək;
Podradçıların işinə nəzarət etmək;
İşin keyfiyyətinə nəzarət etmək;
İş qrafikini kontrol etmək;
İşlərin yerinə yetirilməsi məqsədi ilə tabelikdə olan struktur bölmələrə və ya işçilərə rəhbərlik etmək;
Tikinti sahəsində olan zərərləri, hadisələri, gecikmələri araşdırmaq, koordinasiya etmək və bunlara qarşı düzgün tədbirlərin görülməsini təmin etmək;
Təhlükəsizlik və ətraf mühitin qorunması standartlarının tələblərinə əməl etmək, daxili əmək intizamı qaydalarını, əməyin təşkilinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl etmək;
Texniki və mühəndislik problemlərini həll etmək.
Responsibilities
Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə) ;
İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 5 il;
Dil bilikləri: İngilis dili;
Proqram bilikləri: MS Office, Autocad, MS Project;
Layihələrin idarə olunması üzrə standartlar barədə məlumatlı olmaq;
Keyfiyyətə nəzarətin həyata keçirilməsi metodikası üzrə biliklərin olması;
Planlaşdırma, analitik düşüncə, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, işlərin idarə edilməsi və ölçülməsi bacarıqları.