Məlumatların mühafizəsi üzrə audit yoxlamalarını planlaşdırmaq, həyata keçirmək və nəticələrə dair hesabatlar tərtib etmək;
İnformasiya sistemləri və proseslərinin müvafiq normativ-hüquqi aktların tələblərinə uyğunluğunu qiymətləndirmək, müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması məqsədilə tövsiyələr vermək;
Sahə üzrə texniki tələblərin icrasına nəzarət tədbirlərini həyata keçirmək;
Yeni layihə və təşəbbüsləri, habelə daxil olan sorğuları sahə üzrə texniki tələblərə uyğunluq baxımından təhlil etmək;
Sahənin tələb və funksionallığına uyğun olaraq qayda və təlimatların hazırlanmasında iştirak etmək və audit rəyini vemək;
Məlumatların qorunması proseslərindəki boşluqları və ya zəif cəhətləri müəyyənləşdirmək və aradan qaldırılması istiqamətində tövsiyələr təqdim etmək;
Məlumatların mühafizəsində tətbiq olunan yenilikləri araşdırmaq, təhlil etmək və tətbiq imkanlarına dair təkliflər vermək.
Responsibilities
İnformasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter və ya oxşar texniki sahələrdə ali təhsil;
İT audit sahəsi üzrə 2-3 il iş təcrübəsi;
İnformasiya sistemlərinin strukturu, arxitekturası, funksional prinsipləri və təhlükəsizlik tələbləri üzrə nəzəri və praktiki biliklər;
Audit yoxlamalarının keçirilməsi, uyğunsuzluqların təhlili sahəsində praktiki bacarıqlar;
İnformasiya təhlükəsizliyi və məlumatların mühafizəsi sahəsində tətbiq olunan yerli normativ-hüquqi aktlar, beynəlxalq standart və çərçivələr (ISO/IEC 27001, 27701, GDPR, NIST və s.) üzrə məlumatlılıq;
Müvafiq sahə üzrə beynəlxalq sertifikatların olması arzuolunandır;
Azərbaycan dili və ingilis dili üzrə biliklər mütləqdir.