ATB Bank
Home page
/
/
/
Texniki Analitika üzrə mütəxəssis, Rəqəmsal Transformasiya Mərkəzi

Texniki Analitika üzrə mütəxəssis, Rəqəmsal Transformasiya Mərkəzi

  • ATB Bank
  • 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azerbaijan
  • Full-time

Today

9

Description

  • Biznes tələblərini toplamaq, təhlil etmək və texniki spesifikasiyalara çevirmək;
  • AS-IS və TO-BE biznes proseslərini analiz etmək və təkmilləşdirmə təklifləri hazırlamaq;
  • Funksional və qeyri-funksional tələbləri, istifadəçi hekayələrini (User Story) və qəbul meyarlarını (Acceptance Criteria) hazırlamaq;
  • API-lər, sistemlərarası inteqrasiyalar və məlumat axınları üzrə texniki tələbləri hazırlamaq;
  • Texniki sənədləri (BRD, FRS/SRS, API Specification və s.) hazırlamaq və aktuallığını təmin etmək;
  • SQL vasitəsilə məlumat analizi aparmaq, məlumat modelləşdirilməsi və Source-to-Target Mapping sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Agile/Scrum komandalarında inkişaf, test və biznes komandaları ilə sıx əməkdaşlıq etmək;
  • Test ssenarilərinin hazırlanmasını və UAT prosesini dəstəkləmək;
  • Texniki həllərin keyfiyyətini, tələblərin izlənilə bilməsini (Traceability) və dəyişikliklərin təsir analizini təmin etmək;
  • Süni intellekt alətlərindən istifadə etməklə analitika və sənədləşdirmə proseslərinin səmərəliliyini artırmaq.



Requirements

  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri, İnformasiya Sistemləri və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
  • Azərbaycan dilini sərbəst, ingilis dilini texniki sənədlərlə işləyə biləcək səviyyədə bilmək (rus dili üstünlükdür).
  • Texniki və ya Biznes Analitikası sahəsində minimum 2 il iş təcrübəsi (bank və ya maliyyə sektoru üstünlükdür);
  • Biznes analizi, sistem analizi və tələblərin idarə olunması üzrə biliklər;
  • SQL, REST API, JSON/XML, OpenAPI (Swagger), Postman üzrə praktiki biliklər;
  • BPMN 2.0, UML, Jira və Confluence ilə işləmək bacarığı;
  • SDLC, Agile/Scrum metodologiyaları üzrə anlayış;
  • Analitik düşüncə, problem həll etmə, effektiv kommunikasiya və komanda ilə işləmək bacarığı;


Üstünlük hesab olunur

  • Microservices və Event-Driven Architecture üzrə biliklər;
  • Core Banking, ödəniş sistemləri, kart əməliyyatları və bank inteqrasiyaları üzrə biliklər;
  • Kafka və ya digər mesajlaşma platformaları ilə tanışlıq;
  • Docker, Kubernetes və Cloud platformaları üzrə baza bilikləri;
  • AI əsaslı alətlərdən (ChatGPT, Microsoft Copilot və s.) istifadə təcrübəsi;
  • ISO 20022, ISO 8583 və Data Governance prinsipləri üzrə biliklər.


About this role

Apply Before

August 14, 2026

Job Posted On

July 15, 2026

Job Type

Full-time

Experience

1-2 years

Career level

Entry-level

Education

Bachelor's Degree

Category

Science, Technology, Engineering