Təşkilat üzrə informasiya təhlükəsizliyinin idarə edilməsi, risklərin idarə olunması və uyğunluq (GRC) istiqamətində strategiya, metodologiya və fəaliyyət planlarının hazırlanmasını və icrasını təmin etmək;
İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur və standartların hazırlanmasını, tətbiqini və dövri yenilənməsini təmin etmək;
ISO/IEC 27001:2022, NIST, CIS Controls və digər beynəlxalq standartlara, həmçinin yerli qanunvericilik və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsinə nəzarət etmək;
Daxili və xarici auditlərin, uyğunluq yoxlamalarının planlaşdırılmasını və koordinasiyasını təmin etmək, aşkar edilmiş nöqsanlar üzrə düzəldici tədbirlərin icrasına nəzarət etmək;
Üçüncü tərəflərin (vendor), yeni layihə və sistemlərin informasiya təhlükəsizliyi risklərinin və uyğunluq tələblərinin qiymətləndirilməsini təşkil etmək;
Təşkilat üzrə informasiya təhlükəsizliyi nəzarət mexanizmlərinin effektivliyini qiymətləndirmək, təhlükəsizlik boşluqlarını müəyyən etmək və təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək;
İnformasiya təhlükəsizliyi üzrə maarifləndirmə və təlim proqramlarının hazırlanmasını və həyata keçirilməsini təşkil etmək;
GRC üzrə KPI və KRI göstəricilərini müəyyən etmək, risklər, uyğunluq vəziyyəti və təhlükəsizlik boşluqları barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
Şöbənin fəaliyyətini idarə etmək, əməkdaşlar arasında iş bölgüsünü aparmaq, onların fəaliyyətini qiymətləndirmək və digər struktur bölmələrlə koordinasiyanı təmin etmək.
Requirements
Təhsil səviyyəsi: Ali (Bakalavr);
İnformasiya təhlükəsizliyi standartları və nəzarətiı sahəsində minimum 5 il iş təcrübəsi;
CRISC, CISM, CISA, CISSP, ISO/IEC 27001 Lead Auditor və ya Lead Implementer sertifikatlarından birinin olması üstünlükdür;
Qərar Vermə Bacarığı;
Problemi Həll etmə Bacarığı;
Təqdimat Bacarıqları;
Öyrənmə Qabiliyyəti;
Dəyişikliklərə Uyğunlaşmaq Bacarığı;
Komandada İşləmə Bacarığı;
İdarəetmə Bacarığı;
Strateji Düşünmə Qabiliyyəti;
Güclü analitik düşünmə və sənədləşdirmə bacarıqları;
Həm texniki, həm də biznes tərəfdaşları ilə effektiv ünsiyyət qurmaq və maraqlı tərəflərin (stakeholder) idarə olunması bacarığı;
Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək).
İş qrafiki:
Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)