Azərpambıq ASK MMC
Home page
/
/
/
Sabirabad PİTM filialında dispetçer

Sabirabad PİTM filialında dispetçer

10-12-2025

203

Remote

Description

  • İstehsalat, təqvim planına və növbə-gün tapşırıqlarıa uyğun olaraq, müəssisə, idarə və təşkilatlarda və ya onların bölmələrində istehsalın gedişini və əsas fəaliyyətinin digər növlərini operativ tənzimləyir;
  • Müəssisə, idarə və təşkilatların və onların bölmələrinin lazımı material, konstruksiya, komplektləşdirmə məhsulları və eləcə də nəqliyyatla, yükləmə-boşaltma vasitələri ilə təmin olunmasına nəzarət edir;
  • İstehsalın gedişinə, istehsalat gücündən tam istifadə olunmasına, istehsalın ritmik hərəkətinə, hazır məhsulun təhvil verilməsinə, işin (xidmətin) yerinə yetirilməsinə, qrafikdə nəzərdə tutulan anbar və yükləmə-boşaltma əməliyyatlarının təmin edilməsinə nəzarəti həyata keçirir;
  • Sahələrdə və sexlərdə müəyyən olunmuş artıq məhsulların normasına, buraxılış normalarına və onların verilmə müddətinə riayət edilməsini təmin edir;
  • Lazım olduqda müəssisə, idarə, təşkilatların müvafiq xidmətlərini cəlb etməklə istehsalatın gedişində pozuntuların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görür;
  • Texnoloji avadanlıqların tam, ahəngdar işləməsi, məhsulun istehsalına sərf olunan müddətin ixtisar edilməsi üçün istehsalat ehtiyatlarını üzə çıxarır;
  • İstehsalatın operativ idarə olunması üçün texniki vasitələrdən səmərəli istifadə edilməsini təmin edir;
  • Dispetçer jurnalını aparır, istehsalın gedişi haqqında hesabat raportlarını və digər texniki sənədləri tərtib edir. Müəssisə, idarə və təşkilatların bölmələrinin fəaliyyətinin təhlil və qiymətləndirilməsində, daxili istehsalat ehtiyatlarının aşkara çıxarılmasında iştirak edir. Dispetçer xidməti operatorlarının işinə rəhbərlik edir;
  • Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Responsibilities

  • Ali təhsil;
  • Nəqliyyat vasitəsinin texniki xarakteristikasını bilməli; 
  • Texnikanın istismarı normativini bilməli; 
  • Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilməli; 
  • Məsuliyyətli, diqqətcil, operativ olmalı;
  • MS Windows, MS Office, İnternet və s. biliklər.
  • İş rejimi: 6 gün
  • Həftədə 40 saat


İş yeri Sabirabad rayonunda yerləşdiyinə görə yalnız həmin rayon və ətraf rayonlarda yaşayan namizədlərdən müraciət etmələri xahiş olunur.


About this role

Apply Before

January 19, 2026

Job Posted On

December 10, 2025

Job Type

Full-time

Experience

1-2 years

Career level

Professional

Education

Bachelor's Degree

Category

Industry and Agriculture

Perks and Benefits

  • Telefon xərcləri