Azərpambıq ASK MMC
Home page
/
/
/
Şirvan PEZ filialında mühasib

Şirvan PEZ filialında mühasib

21-09-2026

457

Description

  • Müəssisənin təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və registrlərində düzgün əks etdirilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə hazırlanaraq təqdim edilməsini təmin edir;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, onların hərəkətinin, istehsal xərclərinin, məhsul, iş və xidmətlərin maya dəyərinin və satışının uçotunu təşkil edir;
  • Əməkhaqqı hesablaşmalarının, dövlət büdcəsinə və dövlət sosial sığortası üzrə ödənişlərin, kredit əməliyyatlarının və digər maliyyə əməliyyatlarının uçotunu həyata keçirir;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin düzgün tərtib edilməsinə, əməkhaqqı fondunun istifadəsinə, pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarlaşdırılmasına nəzarət edir;
  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçot və hesabat məlumatları əsasında təhlilində, təsərrüfatdaxili ehtiyatların aşkar edilməsində, habelə çatışmazlıqlar və mənimsəmələr üzrə sənədlərin hazırlanmasında iştirak edir;
  • Maliyyə, kassa və ştat intizamına, debitor borclarının, çatışmazlıqların və itkilərin uçotdan silinməsi, mühasibat sənədlərinin müəyyən edilmiş qaydada arxivə təhvil verilməsi üzrə işlərə nəzarət edir;

Requirements

Mühasibat uçotu üzrə ali ixtisas təhsili və maliyyə-mühasibat işi üzrə 1 ildən az olmayaraq iş stajı.


  • Təhsil: Ali
  • İş təcrübəsi: 3-5 ilə qədər
  • Kompüter bilikləri: MS Windows, MS Office, 1C 8.3, Excel, Word və s. biliklər.


About this role

Apply Before

October 21, 2026

Job Posted On

September 21, 2026

Job Type

Full-time

Experience

3-4 years

Career level

Professional

Education

Bachelor's Degree

Category

Finance, Business and Administration