AzInTelecom MMC
Home page
/
/
/
Data təhlili üzrə böyük mütəxəssis

Data təhlili üzrə böyük mütəxəssis

01-12-2025

616

Description

  • Gündəlik müxtəlif növ tapşırıqlara uyğun dataların hazırlanması;
  • Digər şöbələrlə effektiv əməkdaşlıq edərək onların ehtiyaclarına uyğun məlumatların təhlil edilməsi;
  • Çirkli məlumatların təmizlənməsi;
  • Data və SQL sorğuların optimallaşdırılması;
  • ETL proseslərin yazılması;
  • Datanın məlumat anbarında (DWH) saxlanılması və idarəolunması;
  • Fərqli sistemlərdən API vasitəsilə məlumatların əldə olunması, emalı və məlumat anbarına (DWH) yığılması;
  • Data struktura uyğun olaraq cədvəllərarası əlaqələrin düzgün qurulması və normallaşdırma, optimallaşdırma işlərinin təşkil edilməsi;
  • Dövri olan data və hesabatların daha qısa zamanda təmin edilə bilməsi üçün hesabatların avtomatlaşdırılması və aylıq olaraq yenilənməsi;
  • Rəhbərlik təlimatı əsasında fərqli modelləmə və əlaqələndirmələrlə hesabatların hazırlanması;
  • Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatların hazırlanması;
  • Proqnozlar və modellərin nəticələrinin vizuallaşdırılması, hesabatlarının hazırlanması;
  • Şirkətin biznes məqsədlərinə uyğun olaraq dərin analizlər aparılması və düzgün nəticələr çıxarılması;
  • Təşkilatın maraqlı tərəflərinə (menecment, digər şöbələr) mütəmadi hesabatlar təqdim edilməsi;
  • Mürəkkəb biznes proseslərini və data modellərini çevik anlamaq;
  • Müxtəlif datasetlər arasındakı əlaqələri və asılılıqları müəyyənləşdirmək.

Responsibilities

  • Ali təhsil (Kompüter elmləri, İnformasiya texnologiyaları ya digər əlaqəli sahə üzrə təhsilin olması arzu olunandır);
  • MSSQL və PostgreSQL sorğu dilləri ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Böyük məlumat bazaları ilə işləmə bacarığı;
  • PowerBI vizuallaşdırma proqramı vasitəsilə iş təcrübəsi;
  • Power Query, Power Pivot və DAX ilə işləmə bacarıqları;
  • Python, R, ETL toollar üzrə biliklərin olması;
  • API ilə işləmək bacarıqları;
  • Yüksək səviyyədə MS Excel biliyi olmalı;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dili - səlis, ingilis və ya rus dilləri – arzuolunan;
  • Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər olmalı;
  • Komanda ilə işləmək və sərbəst araşdırmaq qabiliyyəti;
  • Güclü kommunikasiya və vaxtın idarəedilməsi bacarığı.


About this role

Apply Before

January 30, 2026

Job Posted On

December 1, 2025

Job Type

Full-time

Experience

3-4 years

Career level

Professional

Education

Bachelor's Degree

Category

Science, Technology, Engineering