Aztelekom MMC
Home page
/
/
/
Mükafatlandırma şöbəsinin rəhbəri

Mükafatlandırma şöbəsinin rəhbəri

Today

58

Description

"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!



Səni hansı missiya gözləyir?

 

  • Əməkhaqqı, dərəcələndirmə və bonus sistemlərinin qurulması, təkmilləşdirilməsi və avtomatlaşdırılmasını təmin edərək təşkilatın strateji məqsədlərinə töhfə vermək.
  • SAP və digər HR texnologiyaları vasitəsilə mükafatlandırma proseslərini idarə edərək işçilərin təcrübəsini artırmaq.
  • Əmək bazarına əsaslanan kompensasiya strategiyasını formalaşdırmaq, bazar göstəricilərinə uyğun olaraq (benchmark) məlumatlarından istifadə etməklə təklif paketlərinin strukturuna və büdcələndirilməsinə rəhbərlik etmək.
  • Mükafatlandırma və imtiyazlarla bağlı korporativ siyasət və çərçivələri hazırlayaraq təşkilatın etik standartlarına, daxili qaydalarına və qanunvericiliyə uyğunluğunu təmin etmək.
  • İllik əməkhaqqı gözdən keçirilməsi və performans bonusları proseslərinin planlanması və avtomatlaşdırılmasına rəhbərlik etmək.
  • Uzunmüddətli stimullaşdırma proqramlarının (Long-Term Incentives) dizaynı və tətbiqi ilə işçilərin inkişafını dəstəkləmək.
  • HR və maliyyə komandaları ilə əməkdaşlıq edərək büdcə və planlamanı effektiv idarə etmək.
  • Sağlamlıq sığortası, pensiya və əlavə imtiyaz proqramlarını planlayaraq işçi rifahını artırmaq.
  • Rəhbərliyə strateji qərarların qəbulunda istifadə ediləcək analitik məlumat və təhlilləri təqdim etmək.

Responsibilities

Səndən gözlədiklərimiz:


  • İqtisadiyyat, Maliyyə, Biznes İdarəçiliyi, İnsan Resursları və ya əlaqədar sahələr üzrə ali təhsil. SHRM, HRCI, CIPD və digər professional sertifikatlar üstünlükdür.
  • İnsan Resursları sahəsində minimum 7 illik təcrübə, bunlardan ən az 3 ili rəhbər vəzifələrdə Mükafatlandırma və əməkhaqqı sistemlərinin idarə olunması təcrübəsi.
  • Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üzrə praktiki bilik.
  • Əmək bazarının təhlili və müqaisəli təhlili üzrə praktik təcrübə və bilik.
  • Microsoft Excel və digər analitik/hesabat alətləri üzrə yüksək səviyyədə peşəkar bacarıq.
  • Analitik düşüncə, nəticəyönümlülük və detallara diqqət.
  • Komanda idarəçiliyi və liderlik bacarıqları, motivasiyaedici və nəticəyönümlü mühit yaratmaq bacarığı.
  • İşçi inkişafına və öyrənmə təşəbbüslərinə yönümlü olmaq, davamlı öyrənmə mədəniyyətini dəstəkləmək.

About this role

Apply Before

January 24, 2026

Job Posted On

December 15, 2025

Job Type

Full-time

Category

Finance, Business and Administration