A
Home page
/
/
/
Məhsul Sahibi (Aparıcı mütəxəssis)

Məhsul Sahibi (Aparıcı mütəxəssis)

08-12-2025

17

Description

Vəzifə haqqında qısa məlumat :


Şirkətin kommersiya və strateji məqsədlərinə uyğun olaraq yeni məhsulların hazırlanması, mövcud məhsulların idarə edilməsi və gəlirlərin artırılması məqsədilə Məhsul İdarəetməsi fəaliyyətlərinə rəhbərlik etmək. Bu rol müştəri ehtiyaclarının yüksək səviyyədə anlaşılmasını və mükəmməl məhsulların təqdim edilməsi üçün daxili komandalarla sıx əməkdaşlığı nəzərdə tutur.


Vəzifə öhdəlikləri :


  • Şirkətin məhsul portfelinin formalaşdırılması məqsədilə məhsul vizyonunun, strategiyasının və yol xəritəsinin müəyyən edilməsi və uyğunlaşdırılması;
  • Gəlir axınları ilə birbaşa əlaqəli olan yeni məhsul və xidmət ideyalarının araşdırılması, təhlili və inkişaf etdirilməsi;
  • Məhsulun həyat dövrünün (buraxılış, inkişaf, optimallaşdırma və dövriyyədən çıxarılma) idarə edilməsi;
  • Məhsul strategiyalarının hazırlanması üçün bazar, müştəri və rəqib analizlərinin aparılması;
  • Məhsullar üzrə biznes planların, kampaniya təqvimlərinin və gəlir proqnozlarının hazırlanması;
  • Məhsulla bağlı fəaliyyətlərin Satış, Marketinq Kommunikasiyaları (MarCom), Texniki, İT və digər aidiyyəti komandalarla koordinasiyası;
  • Müştəri ehtiyacları və geribildirimlər əsasında məhsul təkmilləşdirmələrinin təklif edilməsi;
  • Yeni məhsulların hazırlanması prosesində məhsul sənədlərinin hazırlanmasına rəhbərlik edilməsi;
  • Aylıq və rüblük hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Məhsul həyat dövrlərinin dayanıqlığının təmin edilməsi məqsədilə müştəri məmnuniyyəti, saxlanma (retention) göstəriciləri və istifadə statistikası kimi əsas metriklərin izlənilməsi.

Responsibilities

Tələblər :


  • Biznesin idarə edilməsi, Marketinq və ya əlaqəli sahə üzrə ali təhsil (üstünlükdür);
  • Telekommunikasiya və ya sabit şəbəkə sahəsində olmaqla, məhsul idarəçiliyi və ya oxşar vəzifədə minimum 2 il iş təcrübəsi;
  • Müxtəlif səviyyələrdə maraqlı tərəflərlə effektiv ünsiyyət qurmaq bacarığı ilə güclü kommunikasiya və danışıqlar aparma bacarıqları;
  • Güclü analitik düşünmə, problem həll etmə və təqdimat bacarıqları;
  • Yüksək səviyyədə koordinasiya bacarıqları;
  • MS Office proqramlarında (Excel, PowerPoint) yüksək səviyyədə işləmək bacarığı;
  • Azərbaycan və ingilis dillərində sərbəst bilik (rus dili arzuolunandır).

About this role

Apply Before

December 29, 2025

Job Posted On

December 8, 2025

Job Type

Full-time

Category

Finance, Business and Administration