Baku Steel Company
Home page
/
/
/
Biznesin inkişafı və layihələrin idarə olunması üzrə kiçik mütəxəssis

Biznesin inkişafı və layihələrin idarə olunması üzrə kiçik mütəxəssis

10-09-2026

1.6K

Description

İşin qısa təsviri


  • Biznesin inkişafı və layihələrin idarə olunması proseslərində iştirak etmək, strateji təşəbbüs və layihələrin koordinasiyasına dəstək vermək, layihə portfelinin monitorinqində və performans göstəricilərinin təhlilində iştirak etmək;

Əsas vəzifə və məsuliyyətlər


  • Cəmiyyət üzrə (törəmə müəssisələr daxil olmaqla) strateji təşəbbüs və layihələr portfelinin idarə olunması prosesində kommunikasiya və koordinasiyaya dəstək göstərmək;
  • Strateji planlama və icra proseslərini izləmək və müvafiq proseslərdə iştirak etmək;
  • Strateji yol xəritəsinin hazırlanması və yenilənməsində iştirak etmək;
  • Biznes və dəstəkləyici proseslərin optimallaşdırılması üzrə struktur bölmələrlə əməkdaşlıq etmək;
  • Layihələrin icrası üçün zəruri məlumatların toplanmasına dəstək olmaq;
  • Layihələr üzrə məlumatların təhlili və performans göstəricilərinin monitorinqində iştirak etmək
  • Strateji layihələr üzrə sənədləşmə prosesində iştirak etmək;
  • Daxili məlumatların və kommersiya sirrinin məxfiliyini qorumaq;


Requirements

Təhsil

  • Biznesin idarə edilməsi, mühəndislik və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi;

Təcrübə

  • Layihələrin idarə olunması üzrə nəzəri və ya praktiki biliklər;
  • İstehsalat/Sənaye sahəsində iş təcrübəsi üstünlükdür;

Dil bilikləri

  • Azərbaycan dili – sərbəst;
  • Rus və İngilis dili – orta səviyyə;

Texniki bacarıqlar

  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Analitik düşünmə və təqdimat hazırlamaq bacarığı;


About this role

Apply Before

October 11, 2026

Job Posted On

September 10, 2026

Job Type

Full-time

Category

Finance, Business and Administration

Perks and Benefits

  • Nahar təminatı
  • Rəqabətli əmək haqqı;