Div Academy
Home page
/
/
/
HR Manager (Recruiter)

HR Manager (Recruiter)

  • Div Academy
  • 25 Mətbuat Prospekti, Bakı, Azerbaijan
  • Full-time

02-10-2026

170

Description

İş barədə məlumat


  • Şirkətin kadr ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq işə qəbul strategiyasının həyata keçirilməsi;
  • Headhunting vasitəsilə bazarda uyğun və yüksək potensiala malik namizədlərin cəlb edilməsi;
  • Aktiv vakansiyaların müvafiq platformalarda yerləşdirilməsi və daxil olan müraciətlərin dəyərləndirilməsi;
  • Namizədlərlə onlayn və əyani müsahibələrin təşkili və keçirilməsi;
  • Vakansiyalara uyğun qiymətləndirmə testlərinin hazırlanması və tətbiqi;
  • Daxili komanda üzvlərinin loyallığının və məmnuniyyətinin artırılmasına yönəlmiş təşəbbüslərin həyata keçirilməsi;
  • Team building tədbirlərinin təşkili və komanda ruhunun gücləndirilməsi;
  • Employee Branding istiqamətində layihə və tədbirlərin həyata keçirilməsi;
  • Internship proqramlarının təşkili və idarə olunması.



Qeyd: Kadr kargüzarlığı və sənədləşmə işləri outsource tərəfdaş şirkət tərəfindən həyata keçirildiyi üçün bu vəzifənin öhdəliklərinə daxil deyil.


Requirements

Namizədə dair tələblər


  • İnsan Resursları sahəsində minimum 2 il iş təcrübəsi;
  • Karyerasını uzunmüddətli perspektivdə İnsan Resursları sahəsində inkişaf etdirmək istəyi;
  • Səlis və aydın kommunikasiya bacarığı;
  • Ali təhsil;
  • İngilis dili biliyi;
  • Təşkilatçılıq və komanda ilə işləmək bacarığı.


İş şəraiti


  • İş yeri: Elmlər metrosunun yaxınlığında yerləşən innovativ iş mühiti;
  • Korporativ nömrə, mobil telefon və MacBook ilə təmin olunma;
  • İş qrafiki: Həftədə 6 iş günü, 09:00–18:00; şənbə günü qısaldılmış iş rejimi;
  • Mehriban, dinamik və inkişafyönümlü komanda;
  • Peşəkar və karyera inkişafı, vəzifə artımı imkanları;
  • Əmək haqqı: 1000 AZN (gross).


About this role

Apply Before

November 1, 2026

Job Posted On

October 2, 2026

Job Type

Full-time

Category

Finance, Business and Administration