Expressbank ASC
Home page
/
/
/
İnformasiya Təhlükəsizliyinin Təmin Edilməsi Departamenti/İqtisadi təhlükəsizlik şöbəsi/ Fraud və dələduzluğa qarşı mübarizə üzrə aparıcı mütəxəssis/böyük mütəxəssis

İnformasiya Təhlükəsizliyinin Təmin Edilməsi Departamenti/İqtisadi təhlükəsizlik şöbəsi/ Fraud və dələduzluğa qarşı mübarizə üzrə aparıcı mütəxəssis/böyük mütəxəssis

30-09-2026

1.3K

Description

  • Rəqəmsal dələduzluğun idarəedilməsi sistemləri ilə müəyyən edilməyən dələduzluq insidentlərinin aşkar edilməsi;
  • Bankın filial və şöbələrindən, o cümlədən məlumat mərkəzi və rəqəmsal kanallardan daxil olan dələduzluq riskləri və insidentlərinin axınının müəyyən edilməsi və məlumat axının düzgün təşkil edilməsi;
  • Məhsul və xidmətlər üzrə dələduzluq faktorlarına dair yoxlamalarının həyata keçirilməsi;
  • Bankın əsas rəqəmsal kanalları (Kart, Mobil, İnternet Bankçılıq) üzrə risk və insidentlərin müəyyən edilməsi və uçotunun aparılması;
  • Rəqəmsal dələduzluq hallarının qarşısının alınması istiqamətində tədbirlərinin həyata keçirilməsi;
  • Aktual rəqəmsal dələduzluq insidentlərinin idarəedilməsi istiqamətində bankdaxili və müştərilər ilə kommunikasiyanın təşkil edilməsi;
  • Fraud hallarının araşdırılması, səbəblərinin müəyyən edilməsi və nəticələrin sənədləşdirilməsi;
  • Fraud risklərinin azaldılması məqsədilə qayda və ssenarilərin (fraud rules/scenarios) hazırlanması və təkmilləşdirilməsi;
  • Fırıldaqçılığın monitorinqi sisteminin hazırlanması layihəsində iştirak;
  • Böyük həcmli məlumatların təhlili və məlumatlar əsasında nəticələrin çıxarılması;
  • Şübhəli və qeyri-standart əməliyyatlarının operativ şəkildə müəyyənləşdirilməsi və araşdırılması;
  • Məlumatlarla işləyərkən məxfilik və informasiya təhlükəsizliyi prinsiplərinə riayət edilməsi.

Requirements

  • Ali təhsil (iqtisadiyyat, maliyyə, bank işi, informasiya texnologiyaları, kibertəhlükəsizlik və ya əlaqəli sahələr üzrə);
  • Bank və ya maliyyə sektorunda anti-fraud, risklərin idarə edilməsi, maliyyə monitorinqi və ya analitik sahədə iş təcrübəsi;
  • Bank məhsulları və ödəniş sistemləri üzrə əsas biliklər;
  • Kart əməliyyatları, P2P/C2C köçürmələri, onlayn ödənişlər və rəqəmsal bankçılıq əməliyyatları üzrə biliklər;
  • Fırıldaqçılıq (fraud) sxemlərinin və şübhəli əməliyyatların müəyyənləşdirilməsi və təhlili bacarığı;
  • SQL üzrə yüksək səviyyədə biliklər;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, ingilis və/və ya rus dili biliyi arzuolunandır;
  • Komanda ilə işləmək və müxtəlif struktur bölmələrlə effektiv kommunikasiya qurmaq bacarığı;
  • Stressə davamlılıq, operativ qərarvermə və yüksək məsuliyyətlilik.

About this role

Apply Before

November 8, 2026

Job Posted On

September 30, 2026

Job Type

Full-time

Experience

1-2 years

Career level

Professional

Education

Bachelor's Degree

Category

Finance, Business and Administration