
Today
19
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC AI və rəqəmsal transformasiya üzrə mütəxəssis vakansiyası elan edir.
Komandamıza AI həllərinin tətbiqi və rəqəmsal transformasiya təşəbbüslərinin inkişafında iştirak edəcək, texniki biliklərini analitik və məhsul yönümlü yanaşma ilə birləşdirən mütəxəssis axtarırıq. Namizəddən biznes proseslərini analiz etmək, AI və avtomatlaşdırma imkanlarını müəyyənləşdirmək, texniki həllər dizayn etmək və ideyaları işlək rəqəmsal məhsullara çevirmək gözlənilir. Texniki biliklərlə yanaşı, analitik düşüncə, məhsul yönümlü yanaşma, təşəbbüskarlıq vacibdir.
Vəzifə öhdəlikləri
· Mövcud biznes proseslərini analiz etmək, optimallaşdırma, rəqəmsallaşma və AI tətbiqi imkanlarını müəyyənləşdirmək.
· Biznes ehtiyaclarını texniki tələblərə çevirmək, uyğun texnologiya və həll arxitekturasını müəyyən etmək.
· AI/LLM əsaslı sistemlər, AI agentlər, avtomatlaşdırılmış workflow-lar və data pipelinelar hazırlamaq.
· OpenAI, Anthropic, Gemini və digər AI modelləri ilə inteqrasiyalar qurmaq, uyğun model və texniki yanaşmaları seçmək.
· RAG, semantic search, document processing və intelligent automation həlləri hazırlamaq.
· API, database, SaaS platformaları və üçüncü tərəf sistemləri arasında inteqrasiyalar qurmaq.
· Yeni rəqəmsal məhsul və funksionallıqlar üçün araşdırma aparmaq, texniki konsepsiya, PoC və MVP-lər hazırlamaq.
· Texniki həllərin effektivliyini, performansını və xərclərini analiz edərək optimallaşdırmaq.
· Layihələri ideya və prototip mərhələsindən production-a qədər aparmaq, nəticələri ölçmək və təkmilləşdirmək.
Texniki bilik və bacarıqlar
· Müasir AI/LLM texnologiyaları, generative AI və AI əsaslı həllərin tətbiqi üzrə praktiki biliklər.
· AI agentlər, avtomatlaşdırma sistemləri və workflow orchestration yanaşmaları ilə tanışlıq.
· Prompt engineering, RAG, semantic search və AI inteqrasiyalarının əsas prinsiplərini anlamaq.
· API-lər, məlumat bazaları və üçüncü tərəf sistemləri arasında inteqrasiya məntiqini bilmək.
· Proqramlaşdırma dilləri, backend development və cloud texnologiyaları uzrə anlayış.
· Müasir software development, sistem arxitekturası və deployment prosesləri haqqında biliklər.
Məhsul yönümlü bacarıqlar
· Business process analysis, requirement gathering və process optimization bacarıqları.
· Biznes problemlərini analiz etmək, root cause müəyyənləşdirmək və data-driven qərarlar qəbul etmək.
· Məhsul araşdırması, user needs analysis və product discovery yanaşmalarını anlamaq.
· MVP scope, feature prioritization, roadmap planning və Agile/Scrum prinsipləri ilə tanışlıq.
· Texniki həlləri biznes dəyəri, tətbiq xərci, risk və gözlənilən nəticələr əsasında qiymətləndirmək.
· End-to-end ownership, problem-solving, müstəqil araşdırma və sürətli prototipləşdirmə bacarığı.
Əlavə üstünlüklər
· Startup və ya AI SaaS məhsullarının yaradılması və inkişaf etdirilməsində iştirak.
· JavaScript/TypeScript, Node.js və müasir web application arxitekturası üzrə biliklər.
· AI-powered business automation, CRM/ERP, analytics və digər enterprise sistemlərlə iş təcrübəsi.
· AI əsaslı document analysis, real-time transcription/translation, scoring və information retrieval sistemləri üzrə təcrübə.
· MCP, cloud services, CI/CD və production AI infrastructure ilə praktiki iş təcrübəsi.
· Rəqəmsal məhsulların ideyadan MVP və bazara cıxarılma mərhələsinə qədər inkişafında iştirak.
Əlavə məlumat
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “AI və rəqəmsal transformasiya üzrə mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Apply Before
November 27, 2026
Job Posted On
oktyabr 28, 2026
Job Type
Full-time

2GİS ● Bakı, Azərbaycan
13-10-2026
931

AQA Şirkətlər Qrupu ● Bakı, Azərbaycan
01-10-2026
4.4K

BioHerbal Baku MMC ● Bakı, Azərbaycan
23-10-2026
391

"Azərbaycan Hava Yolları" QSC ● Bakı, Azərbaycan
Yesterday
1.2K