Facility Management Group

Hüquq məsləhətçisi

Today

16

Description

Şirkətimizə hüquqi məsələlərin idarə olunmasını təmin edəcək Hüquq məsləhətçisi axtarırıq. Namizəd müqavilələrin və digər hüquqi sənədlərin hazırlanmasına, hüquqi rəylərin verilməsinə və şirkətin maraqlarının qorunmasına dəstək göstərəcək. Həmçinin məhkəmə və digər qurumlarla bağlı hüquqi proseslərdə iştirak edəcək.


  • Müqavilə, əmr, sərəncam, qərar, məktub və digər hüquqi sənədlərin hazırlanması və hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Struktur bölmələrindən daxil olan müraciətlər əsasında mülki-hüquqi müqavilələrin hazırlanması və hüquqi rəy verilməsi;
  • Hüquqi sənədlərin qanunvericiliyin və daxili normativ aktların tələblərinə uyğunluğunun yoxlanılması;
  • Qanunvericiliyin tətbiqi ilə bağlı daxil olan sorğuların araşdırılması və hüquqi rəylərin hazırlanması;
  • Daxili siyasət, prosedur və digər tənzimləyici sənədlərin hazırlanmasında iştirak;
  • Məhkəmələrdə və digər dövlət qurumlarında şirkətin maraqlarının təmsil olunması;
  • Hüquqi risklərin müəyyən edilməsi və onların minimallaşdırılması üzrə təkliflərin verilməsi;
  • Hüquqi xarakterli müraciətlərin, iddiaların və digər sənədlərin hazırlanması;
  • Kommersiya sirri və digər məxfi məlumatların qorunması tələblərinə riayət olunması;
  • Rəhbərlik tərəfindən verilən vəzifə funksiyalarına uyğun digər tapşırıqların icrası.

Requirements

  • Hüquq ixtisası üzrə ali təhsil;
  • Hüquq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Mülki, mülki-prosessual, əmək, mənzil və daşınmaz əmlak qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər;
  • Müqavilə hüququ və korporativ hüquq sahəsində praktiki təcrübə;
  • Məhkəmə təmsilçiliyi və hüquqi sənədlərin hazırlanması üzrə təcrübə;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; rus və ingilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Analitik düşüncə, hüquqi araşdırma və problem həll etmə bacarığı;
  • Məsuliyyətlilik, yüksək təşkilatçılıq və qərarvermə bacarığı;
  • Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.

About this role

Apply Before

June 30, 2026

Job Posted On

iyun 4, 2026

Job Type

Full-time

Category

Legal services

Perks and Benefits

  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
  • Könüllü tibbi sığorta
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları
  • Rəqabətli əmək haqqı və bonus sistemi
  • Şəhər mərkəzində ofis
  • Korporativ tədbirlər