Global Olympiad Center
Home page
/
/
/
Sosial Media müştəri və video kontent mütəxəssisi

Sosial Media müştəri və video kontent mütəxəssisi

28-09-2026

436

Description

Komandamıza sosial medianı sevən, yaradıcı ideyaları ilə fərq yaradan və dinamik iş mühitinə uyğunlaşan eyni zamanda tədbirlərimiz üçün Reels və qısa videolar hazırlayacaq əməkdaş axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Instagram, Facebook, Tiktok və digər sosial media vasitələri üzərindən gələn mesaj və rəyləri operativ, dəqiq və nəzakətli şəkildə cavablandırmaq;
  • Valideyn və şagirdlərə olimpiadalar, qeydiyyat və tədbirlər barədə təsdiqlənmiş məlumatları təqdim etmək;
  • Əlavə araşdırma tələb edən müraciətləri aidiyyəti əməkdaşa yönləndirmək və cavabsız qalmamasını izləmək;
  • Olimpiada və tədbirlərdə Reels, Stories və digər qısa videolar çəkmək;
  • Çəkilən videoları mobil tətbiqlərdə montaj edib yayıma hazırlamaq;
  • Sosial media üçün video ideyaları və qısa mətnlər təklif etmək;
  • Kontent planının icrasında komanda ilə əməkdaşlıq etmək.


Requirements

  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
  • Valideyn və şagirdlərlə səbirli, aydın və məsuliyyətli ünsiyyət qurmaq bacarığı;
  • Telefonla keyfiyyətli video çəkmək və Reels montaj etmək bacarığı;
  • Instagram, Facebook və digər sosial media ilə gündəlik iş təcrübəsi;
  • Mesajları vaxtında izləmək və məlumatları səhvsiz ötürmək bacarığı;
  • CapCut və ya oxşar montaj tətbiqlərində işləmək bacarığı;
  • Tədbirlər zamanı çəkiliş aparmağa və komanda ilə işləməyə hazır olmaq.
  • Kamera qarşısında sərbəst olmaq və TikTok üçün kontent hazırlamaq bacarığı üstünlükdür.

About this role

Apply Before

October 28, 2026

Job Posted On

September 28, 2026

Job Type

Full-time

Experience

1-2 years

Career level

Professional

Salary

500 - 600 AZN

Category

Mass Media and Public Relations