Qarabağ Universitetinin Klinikası

Sığorta üzrə mütəxəssis

31-07-2026

124

Description

  • İcbari Tibbi Sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin koordinasiyasını həyata keçirmək;
  • Pasiyentlərin sığorta statusunu yoxlamaq və xidmətlərin sığorta uyğunluğunu qiymətləndirmək;
  • e-Təbib informasiya sistemində tibbi xidmətlərin düzgün qeydiyyatına və məlumatların tamlığına nəzarət etmək;
  • e-Təbib sistemində yaranan texniki və əməliyyat xarakterli uyğunsuzluqları müəyyən etmək və aidiyyəti struktur bölmələrlə birlikdə aradan qaldırılmasını təmin etmək;
  • Xəstəxana İnformasiya Sistemi (HIS/Pusula) ilə işləmək, sistemlərarası məlumat uyğunluğunu izləmək;
  • Könüllü tibbi sığorta şirkətləri ilə gündəlik yazışmaları və əməliyyat proseslərini həyata keçirmək;
  • Sığorta müqavilələrinin icrasını izləmək və hesabatlar hazırlamaq;
  • Sığorta prosesləri üzrə statistik və analitik məlumatları toplamaq, təhlil etmək və rəhbərliyə təqdim etmək;
  • İcbari Tibbi Sığorta Agentliyi və digər tərəfdaş qurumlarla işgüzar əməkdaşlıq aparmaq;
  • Sığorta sahəsində normativ-hüquqi aktlarda baş verən dəyişiklikləri izləmək və tətbiq etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun digər tapşırıqları yerinə yetirmək.


Requirements

Təhsil

  • Ali təhsil (Tibb, İctimai səhiyyə, Səhiyyə idarəçiliyi, Menecment, İqtisadiyyat və ya digər uyğun ixtisaslar).

İş təcrübəsi

  • Səhiyyə və ya tibbi sığorta sahəsində minimum 2 il iş təcrübəsi;
  • İcbari Tibbi Sığorta sistemi ilə iş təcrübəsi üstünlük hesab olunur.

Peşəkar bilik və bacarıqlar

  • İcbari Tibbi Sığorta sistemi üzrə bilik;
  • e-Təbib informasiya sistemi ilə işləmək bacarığı (mütləq tələb);
  • Hospital Information System (HIS/Pusula və ya analoji sistemlər) ilə işləmək bacarığı üstünlükdür;
  • Tibbi sənədləşmə və tibbi terminologiya üzrə bilik;
  • Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
  • Analitik hesabatların hazırlanması bacarığı.

Şəxsi keyfiyyətlər

  • Analitik düşünmə bacarığı;
  • Məsuliyyətli və dəqiq işləmək;
  • Yüksək ünsiyyət və komanda ilə işləmə bacarığı;
  • Problem həll etmə və qərarvermə bacarığı;
  • Öyrənməyə və peşəkar inkişafa açıq olmaq.


About this role

Apply Before

August 30, 2026

Job Posted On

iyul 31, 2026

Job Type

Full-time

Category

Healthcare Services