OBA Market MMC
Home page
/
/
/
İdxal üzrə Mütəxəssis

İdxal üzrə Mütəxəssis

27-11-2025

641

Description

• Xarici təchizatçılardan məhsulların idxal prosesini tam şəkildə idarə etmək və mağaza şəbəkəsinin tələbatına uyğun olaraq sifariş planlamasını həyata keçirmək.

• Gömrük brokeri və logistika tərəfdaşları ilə koordinasiya edərək məhsulların vaxtında və problemsiz şəkildə ölkəyə gətirilməsini təmin etmək.

• Xarici təchizatçılarla qiymət, çatdırılma müddəti və öhdəliklər üzrə danışıqlar aparmaq.

• İdxal sənədlərini (Invoice, Packing List, CMR/BL, sertifikatlar) düzgünlüyünə görə yoxlamaq və prosesi nəzarətdə saxlamaq.

• Anbar stoklarını gündəlik monitorinq etmək, satış sürətinə uyğun stok optimizasiyasını həyata keçirmək və kritik SKU-ları vaxtında yeniləmək.

• Məhsulların son istifadə tarixlərini izləmək, riski olan SKU-lar üzrə satış və kateqoriya komandaları ilə birlikdə endirim kampaniyaları və sürətli satış tədbirlərini planlaşdırmaq.

• Mağazalarda çeşid mövcudluğunu (availability) təmin etmək üçün stok idarəetmə və satış departamentləri ilə sıx əməkdaşlıq etmək.

• İdxal olunan bütün məhsulların keyfiyyət, markirovka və sertifikat tələblərinə uyğunluğunu təmin etmək.

• Logistika gecikmələri, sənəd uyğunsuzluğu və çatışmazlıqlar kimi əməliyyat problemlərini operativ şəkildə həll etmək.

Responsibilities

• Bakalavr dərəcəsi.

• Rus dilində iş səviyyəsində bilik (ingilis dili arzuolunandır).

• MS Office proqramlarında (xüsusilə Excel, Word, Outlook) yüksək səviyyədə işləmə bacarığı.

• İdxal prosedurları və əməliyyatları üzrə bilik.

• FMCG və ya retail sahəsində təcrübə üstünlükdür.

• Tədarükçülərlə yazışma aparmaq və danışıqlar aparmaq bacarığı.

• Detallara diqqətlilik, analitik düşüncə və vaxtında hesabat vermə bacarığı.

About this role

Apply Before

January 5, 2026

Job Posted On

noyabr 27, 2025

Job Type

Full-time

Career level

Professional

Education

Bachelor's Degree

Category

Finance, Business and Administration

Perks and Benefits

  • Servislə təmin olunur
  • Nahar təminatı