OBA Market MMC
Home page
/
/
/
Maddi Vəsaitlər üzrə Mühasib

Maddi Vəsaitlər üzrə Mühasib

Today

8

Description

Faktiki alışların cari ayın büdcəsi ilə müqayisəsini aparmaq, kənarlaşmaları təhlil etmək və hesabatlar hazırlamaq;

Logistika ilə bağlı alış və xərclərin sistemə düzgün işlənməsini təmin etmək, analitik təhlillər aparmaq;

O to Go istiqaməti üzrə alış və xərclərin sistemə daxil edilməsini, uçotunu və müvafiq hesabatların hazırlanmasını həyata keçirmək;

Müqavilə reyestrini formalaşdırmaq və mütəmadi yeniləmək;

Qiymət razılaşma protokollarının düzgünlüyünü yoxlamaq və uyğunsuzluqları müəyyən etmək;

Məhsullar üzrə birim qiymətlərini sistemdə yaratmaq və yeniləmək;

Qiymət fərqi səbəbindən bloklanmış və ya uyğunsuzluq yaranmış cari hesabları araşdırmaq və lazımi düzəlişləri həyata keçirmək;

Alış və xərclərlə bağlı məlumatların düzgünlüyünü təmin etmək, uçot proseslərinə nəzarət etmək;

Aidiyyəti struktur bölmələri ilə koordinasiyalı işləyərək maliyyə məlumatlarının vaxtında və düzgün təqdim edilməsini təmin etmək;


İş qrafiki: 5 günlük qrafik

09:00-18:00

Requirements

Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;

Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;

MS Office proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilmək;

ERP sistemləri (xüsusi ilə Logo Tiger) ilə işləmə təcrübəsi üstünlükdür;

Analitik düşünmə və maliyyə məlumatlarını təhlil etmə bacarığı;

Dəqiqlik, məsuliyyətlilik və yüksək diqqətlilik;

Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı.

About this role

Apply Before

August 20, 2026

Job Posted On

avqust 3, 2026

Job Type

Full-time

Career level

Professional

Category

Finance, Business and Administration

Perks and Benefits

  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Nəqliyyat xidməti
  • korporativ nömrə ilə təmin olunur