PASHA Bank
Home page
/
/
/
Hüquqi məsələlər departamentinin Qərarların məcburi icrası istiqaməti üzrə Baş mütəxəssis

Hüquqi məsələlər departamentinin Qərarların məcburi icrası istiqaməti üzrə Baş mütəxəssis

  • PASHA Bank
  • 69 Nizami St, Baku 1005, Azərbaycan
  • Full-time

Yesterday

140

Description

İşiniz nədən ibarətdir?


·      Bankın tərəf qismində çıxış etdiyi müvafiq məhkəmə qərarlarının, notariat icra qeydlərinin, arbitraj qərarlarının və digər səlahiyyətli orqanların qərarının icrasını təmin etmək üçün effektiv addımların atılması;

·      İcra qurumları, borclular, icra edilməli olan qərarlar üzrə tərəflərlə münasibətlərin effektiv formada qurulması;

·      Borclular tərəfindən ödənişlərin vaxtında və lazımı qaydada yerinə yetirilməsinin təmin edilməsi üçün müvafiq addımların atılması;

·      Bankın qeyri-işlək kredit portfeli üzrə icra mərhələsində olan işlər üzrə yığımın edilməsini təmin etmək;

·      Axtarışda olan borclularla bağlı daxili işlər orqanları və digər hüquq mühafizə orqanları ilə münasibətdə Bankın maraqlarını təmsil edək zəruri addımların atılması;

·      İcraatda olan işlərlə bağlı banka daxil olmuş vəsaitlərin aidiyyatı üzrə köçürülməsi üçün müvafiq hərəkətlərin yerinə yetirilməsi;

·      Bankın müxtəlif struktur bölmələrindən daxil olan sorğuların hüquqi ekspertizasının aparılması, hüquqi rəylərin verilməsi;

·      İcra mərhələsində olan işlərlə bağlı dəqiq və aktual məlumat bazasının yaradılmasını, mütəmadi olaraq yenilənməsinin təmin edilməsi;

·      İcra portfelində olan işlərlə bağlı müvafiq olaraq tələb olunan hesabatların hazırlanmasını və təqdim edilməsin təmin edilməsi;

·      Dövlət və qeyri-dövlət orqanlarından daxil olan sorğuların cavablandırılması, bununla bağlı zəruri hərəkətlərin yerinə yetirilməsi;

·      Fəaliyyət göstərdiyi istiqaməti üzrə nəticəyönülmü, hərtərəfli addımların atılmasının təmin edilməsi;

·      İcra portfeli üzrə zəruri addımlarla bağlı kompleks hüquqi mövqenin formalaşdırılması, risk xəritəsi və mitiqasiya planının hazırlanması, birbaşa rəhbər və digər bankdaxili aidiyyəti tərəfdaşlarla razılaşdırılması, icra əməliyyatlarının hüquqi cəhətdən effektiv şəkildə icrasının təmin edilməsi;

·      Mövcud hüquqi tənzimlənməni təmin etmək üçün qanunvericiliyə təkliflərin hazırlanması, müvafiq struktur bölmələr tərəfindən hazırlanan təkliflərə hüquqi rəylərin verilməsi;

·      Müxtəlif məsələlərlə əlaqədar bankın səlahiyyətli qərarvermə orqanlarının qərarlarının icrası üçün zəruri addımların atılmasının təmin edilməsi.


Responsibilities

Sizdən nə tələb olunur?


·      Təhsil: Hüquq sahəsi üzrə Bakalavr təhsili;

·      Tələb olunan iş təcrübəsi: 3-5 il iş təcrübəsi;

·      Xarici dillər: İngilis (orta);

·      Kompüter bilikləri: Microsoft Office.


About this role

Apply Before

August 25, 2025

Job Posted On

July 16, 2025

Job Type

Full-time

Category

Legal services