PASHA Property Management
Home page
/
/
/
Təchizat üzrə böyük mütəxəssis

Təchizat üzrə böyük mütəxəssis

Yesterday

62

Description

PAŞA Property Management “Təchizat üzrə böyük mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.



  • Təchizat qrupunun fəaliyyətinin təşkili, koordinasiyası və əməkdaşların iş bölgüsünün həyata keçirilməsi;
  • Qrup üzvlərinin fəaliyyətinə nəzarət edilməsi, icra intizamının və iş keyfiyyətinin təmin olunması;
  • Komandanın inkişafı, əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılmasına dəstək göstərilməsi;
  • Təchizat prosesləri üzrə iş planlarının hazırlanması və icrasına nəzarət olunması;
  • Qrup üzrə fəaliyyət nəticələrinin qiymətləndirilməsi və rəhbərliyə hesabatların təqdim edilməsi;
  • Struktur bölmə daxilində effektiv kommunikasiya və komanda işinin təşviq edilməsi;
  • Şöbənin strateji hədəflərinə uyğun olaraq qrup fəaliyyətinin yönləndirilməsi;
  • Yaranan operativ məsələlərin həlli və qərarların vaxtında qəbul edilməsinin təmin olunması ;
  • Şirkətin fəaliyyət istiqamətlərinə uyğun olaraq satınalma və təchizat proseslərinin idarə olunması;
  • Yerli və xarici təchizatçılarla əməkdaşlığın qurulması, kommersiya danışıqlarının aparılması və optimal şərtlərin əldə edilməsi;
  • Qiymət təkliflərinin toplanılması, müqayisəli təhlilin aparılması və rəhbərliyə təqdim edilməsi;
  • Müqavilələrin hazırlanması, razılaşdırılması və icrasına nəzarət edilməsi;
  • Satınalma sifarişlərinin vaxtında və müəyyən edilmiş standartlara uyğun icrasının təmin olunması;
  • Təchizat prosesində xərc optimallaşdırılması və büdcəyə nəzarətin həyata keçirilməsi;
  • Bazar araşdırmalarının aparılması, yeni təchizatçıların müəyyənləşdirilməsi və təchizat bazasının genişləndirilməsi;
  • Tender, kotirovka və digər satınalma proseslərinin idarə edilməsi;
  • CAPEX, Sifarişçilər, Maliyyə, Anbar və digər aidiyyəti struktur bölmələrlə koordinasiyalı fəaliyyətin təmin olunması;
  • Təchizat üzrə aylıq, rüblük və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
  • Satınalma sənədlərinin düzgün rəsmiləşdirilməsi;
  • Şirkətin daxili prosedurlarına, etik qaydalara və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və keyfiyyətli icra olunması. 


Requirements

·       Ali təhsil (iqtisadiyyat, idarəetmə, logistika və ya digər müvafiq sahə üzrə);

·       Təchizat, satınalma və ya logistika sahəsində ən azı 3 il iş təcrübəsi;

·       Müqavilələrin, kommersiya təkliflərinin və tender sənədlərinin hazırlanması bacarığı;

·       Satınalma və təchizat proseslərinin qanunvericiliyə və daxili prosedurlara uyğun icrası üzrə biliklər;

·       Güclü analitik düşüncə və danışıqlar aparmaq bacarığı;

·       Azərbaycan dilində səlis, İngilis dili biliyi (yaxşı səviyyədə), Rus dili biliyi üstünlükdür.

About this role

Apply Before

June 6, 2026

Job Posted On

May 7, 2026

Job Type

Full-time

Category

Finance, Business and Administration