PASHA Property Management
Home page
/
/
/
Təmir işləri üzrə nəzarətçi

Təmir işləri üzrə nəzarətçi

06-05-2026

100

Description

PAŞA Property Management “Təmir işləri üzrə nəzarətçi” vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.

       

Layihə üzrə komanda üzvləri və digər tərəflərlə münasibətlər yaratmaq, yarana biləcək məsələlərin həlli üçün müntəzəm və şəffaf əlaqə xəttlərini qurmaq;

İşlərin gedişatı ilə bağlı iclaslarda iştirak etmək və Təmir işləri Koordinatoru bütün məsələlər barəsində məlumatlandırılmasını təmin etmək;

Sakinin podratçıları tərəfindən görülən işlərin düzgünlüyünün və plana uyğunluğunun yoxlanılması;

Təhlükəsiz iş qaydalarına riayət etmək və lazım gəldikdə müvafiq tədbirlər görmək;

Təhvil-təslim cədvəlinin tərtibində köməklik görstərmək və bütün qüsurların aradan qaldırılmasını təmin etmək;

Təmir işləri zamanı Sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək;

Təmir işləri koordinatoru tərəfindən həvalə olunmuş digər vəzifələri yerinə yetirmək;

Binanın mühəndis sistemlərinin (elektrik, su, kanalizasiya, isitmə-soyutma, liftlər və s.) işlək vəziyyətdə saxlanmasına nəzarət etmək;

Planlı texniki baxış və profilaktik işlərin təşkil etmək.


Requirements

Müvafiq sahədə ən az 1 il iş təcrübəsi;

Güclü təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;

MS Office proqramları ilə işləmə bacarığı;

Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı;

Məsuliyyətlilik, diqqətlilik və nəticəyönümlülük.



About this role

Apply Before

June 5, 2026

Job Posted On

May 6, 2026

Job Type

Full-time

Category

Construction and Real Estate