Prime Cotton
Home page
/
/
/
Avtobus sürücüsü (Saatlı)

Avtobus sürücüsü (Saatlı)

03-12-2025

251

Description

  • Avtonəqliyyat vasitəsinin təmiri və profilaktik işlərinin aparılmasında bilavasitə iştirak etmək;
  • Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını təmin etmək, ayrı-ayrı hissə və qovşaqlarına baxış keçirmək;
  • Nasazlıqların vaxtında müəyyən edilməsi üçün mütəmadi yoxlamalar aparmaq, aşkar olunmuş nasazlıqları vaxtında aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
  • Avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların və qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları vaxtında əldə etmək və təhvil vermək;
  • Avtonəqliyyat vasitəsinin spidometr göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeydiyyata almaq, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfiyyatına uyğunluğunu təmin etmək;
  • Əmək və istehsal intizamına, həmçinin təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına tam riayət etmək.

Responsibilities

  • Avtobus sürmək üçün “D” kateqoriyalı sürücülük vəsiqəsi (mütləq şərtdir);
  • Avtobus sürücüsü kimi 3 iş təcrübəsi (rayondaxili və/və ya şəhərlərarası marşrutlarda təcrübə üstünlükdür);
  • Avtonəqliyyat vasitəsinin əsas quruluşu, hissə və qovşaqları haqqında kifayət qədər anlayışa malik olmaq, ilkin texniki baxış keçirmək və xırda nasazlıqları aradan qaldıra bilmək;
  • Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanması, texniki baxışın aparılması və nasazlıqların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etmək bacarığı;
  • Yol hərəkəti qaydalarını (YHQ) yaxşı səviyyədə bilmək və onlara şərtsiz riayət etmək;
  • Yol vərəqələri, yanacaq kartları və digər müvafiq sənədlərlə işləmək, onları vaxtında əldə edib düzgün şəkildə təhvil vermək bacarığı;
  • Spidometr göstəricilərinin və yanacaq-sürtkü materiallarının sərfiyyatının düzgün qeydiyyatını aparmaq bacarığı;
  • Məsuliyyətli, dəqiq, intizamlı, stresə davamlı olmaq və kollektivdə işləmə bacarığı;
  • Təhlükəsizlik texnikası və yanğından mühafizə qaydaları üzrə biliklərə malik olmaq və onlara əməl etmək.

About this role

Apply Before

January 2, 2026

Job Posted On

December 3, 2025

Job Type

Full-time

Experience

3-4 years

Career level

Other

Education

High school

Category

Services