Prime Cotton
Home page
/
/
/
Gözətçi (Şirvan "Yağ-Piy")

Gözətçi (Şirvan "Yağ-Piy")

Yesterday

70

Description

  • Xidmətə başlamazdan əvvəl əvvəlki növbədə çalışan əməkdaşdan obyektə aid açarları, qıfılları, möhürləri, sənədləri və digər texniki avadanlıqları təhvil almaq, həmçinin növbə zamanı baş vermiş hadisələr barədə məlumat əldə etmək;
  • Obyektin mühafizəsi zamanı sındırılmış qapı, pəncərə, qıfıl, möhür və digər nasazlıqlar aşkar edildikdə dərhal birbaşa tabe olduğu rəhbəri məlumatlandırmaq və aidiyyəti rəhbər şəxslər gələnədək obyektin təhlükəsiz mühafizəsini təmin etmək;
  • Daxili intizam və buraxılış qaydalarına uyğun olaraq müəssisə, idarə və təşkilatın giriş-çıxışına nəzarət etmək, işçilərin, müştərilərin və nəqliyyat vasitələrinin yalnız müvafiq sənədlər təqdim edildikdən sonra əraziyə daxil olmasına və çıxışına icazə vermək;
  • Obyektə gətirilən və ya obyekt ərazisindən çıxarılan qiymətli materialların qeydiyyatını aparmaq;
  • Obyektin əmlakının qorunmasını təmin etmək, kənar şəxslərin obyekt ərazisinə qanunsuz daxil olmasının qarşısını almaq;
  • Hüquq pozuntularının qarşısının alınması və mühafizə olunan obyektin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülmüş tədbirlər barədə birbaşa tabe olduğu rəhbəri yazılı şəkildə məlumatlandırmaq;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və məsuliyyətlə icra etmək;
  • Cəmiyyətdə qəbul olunmuş daxili qayda, prosedur və etik davranış normalarına riayət etmək.

Requirements

  • Orta təhsil səviyyəsinə malik olmalı, mühafizə və ya təhlükəsizlik sahəsində iş təcrübəsinə üstünlük verilir;
  • Fiziki cəhətdən sağlam, məsuliyyətli, diqqətli və operativ qərarvermə bacarığına malik olmalıdır;
  • Daxili intizam qaydalarına və təhlükəsizlik prosedurlarına ciddi riayət etməlidir;
  • Giriş-çıxış nəzarəti, sənəd yoxlanışı və obyektin mühafizəsi üzrə ilkin biliklərə sahib olmalıdır;
  • Komanda ilə işləmək, rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq icra etmək bacarığı olmalıdır.

About this role

Apply Before

June 6, 2026

Job Posted On

May 7, 2026

Job Type

Full-time

Experience

1-2 years

Career level

Other

Education

High school

Category

Services