Prime Cotton
Home page
/
/
/
İnsan resursları üzrə analitik

İnsan resursları üzrə analitik

  • Prime Cotton
  • Qafqaz Business Center, AZ1029, 95 Heydər Əliyev Prospekti, Bakı 1029, Azərbaycan
  • Full-time

Today

194

Description

  • İnsan resursları ilə bağlı bütün növ məlumatları və hesabatları təhlil etmək və qiymətləndirmək;
  • İnsan resursları ilə bağlı dəyişikliklər və təkmilləşmələr üzrə təhlillər aparmaq və nəticələri qiymətləndirərək təkliflər vermək;
  • İşçi və namizəd məlumatlarının mövcud olduğu bazanı daim təhlil etmək və nəzarətdə saxlamaq;
  • İşə qəbul üzrə tendensiyalar və nümunələrin təqdim olunması üçün statistik məlumatları təhlil etmək və nəticələri təqdim etmək;
  • Müxtəlif növ İR metriklərdən (axtarış sürəti (vakansiya doldurmaq üçün tələb olunan orta vaxt), məhsuldarlığa nail olma müddəti (məmnuniyyəti alınan orta günlər), turnover (kadr axını), işə qəbul əmsalı (iş təklfi edilən və onları qəbul edən namizədlərin faizi), təlimdə iştirak səviyyəsi (inkişaf tədbirlərində iştirak edən işçilərin faizi), orta performans reytinqi (seçilmiş işçilər qrupu üçün ortalama performans reytinqi) və s. istifadə etməklə təhlillər aparmaq;
  • İR metriklərə və təhlillərə əsaslanaraq, aşkarlanan çatışmazlıqları təkmilləşdirmək üçün işçilərin həvəsləndirilməsi və işdə saxlanılması üçün məlumatları analiz etmək və yeniliklər təklif vermək;
  • İşçi planlamasını mövcud struktura əsasən və büdcə planlamasına uyğun olaraq yerinə yetirmək və İR büdcə planlamasında rəhbərliyə köməklik göstərmək;
  • İR metriklərdən istifadə edərək işçi qüvvəsinin səmərəliliyini və təsirini müəyyən etmək;
  • Senarili Analitika (prescriptive analytics) tətbiq edərək xüsusi modellər qurmaqla iş şəraitinin yaxşılaşdırılması, əmək haqqı artımı, bonus və s. tətbiq etməklə bağlı təhlillər aparmaq və yeniliklər təklif etmək;
  • Şirkətin illik işçi dövriyyəsini hesablamaq, işçi dövriyyəsinin maaş itkisinə olan təsirlərini təhlil etmək.


Responsibilities

Tələblər:



  • Ali təhsil;
  • Müvafiq sahədə ən az 3 il iş təcrübəsi
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
  • Dəyərləndirmə, vaxtında doğru qərar qəbul etmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Həllyönümlü olmaq;
  • Təşəbbüskarlıq;
  • Kreativlik;
  • Diqqətlilik;
  • Məsuliyyətli olmaq;
  • Dəqiqlik və səliqəlilik.


Əlavə məlumat:


  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.


About this role

Apply Before

June 20, 2025

Job Posted On

May 21, 2025

Job Type

Full-time

Experience

3-4 years

Career level

Professional

Education

Bachelor's Degree

Category

Science, Technology, Engineering