Prime Cotton
Home page
/
/
/
Texniki xidmət modulu üzrə operator (Yevlax)

Texniki xidmət modulu üzrə operator (Yevlax)

Yesterday

193

Description

  • Filial daxilində texnika və aqreqatlara dair bütün məlumatların elektron sistemə (TXM və ya ERP modulu) daxil edilməsi.
  • Buraya texnikanın identifikasiya məlumatları, istismar göstəriciləri, xidmət tarixi və planlaşdırılmış texniki baxış dövrləri daxildir.
  • Texnika və aqreqatlar üçün ehtiyac əsasında sifarişlərin təşkili: həm böyük miqyaslı (toplu), həm də konkret texnikalara yönəlik (individual).
  • Təchizat və təminat əməliyyatlarının qeydiyyatı və sistemə işlənməsi.
  • Bütün sifariş və təminat əməliyyatları üzrə hesabatlılığın hazırlanması və arxivləşdirilməsi.
  • Təmir olunacaq və texniki xidmətə göndəriləcək texnikaların TXM sistemində qeydiyyatı.
  • Təmir olunan və xidmət keçmiş texnika və aqreqatların statusunun izlənməsi, nəticələrin sənədləşdirilməsi və rəhbərliyə təqdim olunması.
  • Mövcud ehtiyat hissələrinin və yanacaq ehtiyatlarının gündəlik, həftəlik və aylıq səviyyədə izlənməsi.
  • İstifadə edilmiş və alınmış hissələrin uçotu, mövcud qalıqların dəqiq hesabatı.
  • İllik büdcələşdirmə və ehtiyac planlaması üçün analitik məlumatların hazırlanması.
  • Sahədə çalışan texnikaların iş saatları, məhsuldarlıq göstəriciləri və nasazlıq halları üzrə gündəlik və aylıq məlumatların toplanması.
  • Bu məlumatların TXM sisteminə daxil edilməsi və rəhbərliyə hesabat formasında təqdim olunması.


Responsibilities

Təhsil:

  • Ali təhsil (Texniki ixtisas üzrə təhsil üstünlük təşkil edir).


İş təcrübəsi:

  • Müvafiq sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi.

Sertifikatlar:

  • Kompüter istifadə sertifikatı:
  • Windows əməliyyat sistemi;
  • Microsoft Office proqramları (Word, Excel, Outlook və s.).

Dil bilikləri:

  • Azərbaycan dili – səlis.


Səriştə və Bacarıqlar:


Texniki biliklər:

  • Kənd təsərrüfatı texnikası və digər nəqliyyat vasitələrinin:
  • texniki xarakteristikası,
  • konstruktiv xüsusiyyətləri,
  • iş rejimi və istismar qaydaları,
  • təmir metodları barədə məlumatlı olmaq.

Əməyin mühafizəsi və təhlükəsizlik:

  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını bilmək və əməl etmək.

Ünsiyyət bacarıqları:

  • Yazılı və şifahi fikrin aydın və peşəkar şəkildə ifadə edilməsi bacarığı.
  • Komanda ilə işləmək və daxili strukturlarla əlaqə saxlamaq qabiliyyəti.

Analitik və qərarvermə bacarığı:

Məntiqi düşüncə, problemi düzgün qiymətləndirmə və optimal qərarların qəbul edilməsi bacarığı.


About this role

Apply Before

September 4, 2025

Job Posted On

August 5, 2025

Job Type

Full-time

Career level

Entry-level

Category

Industry and Agriculture