"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Home page
/
/
/
Biznes kreditlərinin təhlili şöbəsində Baş mütəxəssis / ekspert / menecer

Biznes kreditlərinin təhlili şöbəsində Baş mütəxəssis / ekspert / menecer

27-05-2025

827

Description

“Rabitəbank” ASC Kreditlərin anderraytinqi departamentinin Biznes kreditlərinin təhlili şöbəsində Baş mütəxəssis / ekspert / menecer vəzifəsinə işə qəbul elan edir.


Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri:


  • Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş Biznes Kredit sifarişlərinin minimum sənədlər toplusuna uyğunluğunu yoxlamaq;
  • Kreditin və risklərin qiymətləndirməsi üçün müştəridən tələb olunan sənədlərin satış strukturlarından almaq;
  • Təqdim edilmiş maliyyə hesabatlatlarının düzgünlüyünü yoxlamaq;
  • Mərkəzi Bankın və bankdaxili qaydalardan irəli gələn prosedur və normaların pozulmasına yol verməmək;
  • Struktur rəhbər(lər)i tərəfindən qarşısına qoyulmuş, vəzifə təlimatından irəli gələn və digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək;
  • Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş biznes kredit layihələrinin təhlili zamanı aşkarlanan nöqsan və çatışmazlıqlar barədə struktur rəhbər(lər)ini yazılı və ya şifahi məlumatlandırmaq.

Responsibilities

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);
  • Maliyyə hesabatlarını (balans, mənfəət-zərər, nağd pulun hərəkəti) mükəmməl şəkildə bilmək;
  • “ACCA F3/F7” və ya “CFA 1 level” sertifikasiyalarına sahib olması arzuolunandır;
  • Biznes prosesləri və riskləri görmə bacarığı;
  • Sahə üzrə ən azı 5 illik iş təcrübəsi;
  • Analitik düşüncə, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyəti;
  • Yüksək təhliletmə, komandada işləmək bacarığı;
  • Yüksək kommunikasıya və təqdim etmə bacarığı;
  • Operativ və obyektiv qərar vermək bacarığı;
  • Stress altında işləmək, parallel olaraq bir neçə layihənin təhlilini həyata keçirmək bacarığı;
  • Təşəbbüskarlıq, diqqətlilik, məsuliyyət və düzgünlük bacarığı.

About this role

Apply Before

June 26, 2025

Job Posted On

may 27, 2025

Job Type

Full-time

Experience

3-4 years

Career level

Other

Education

Bachelor's Degree

Category

Finance, Business and Administration