"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Home page
/
/
/
Kart əməliyyatları departamenti, Kart əməliyyatlarına dəstək şöbəsi- İnspektor

Kart əməliyyatları departamenti, Kart əməliyyatlarına dəstək şöbəsi- İnspektor

21-09-2026

1.3K

Description

  • Kart məhsulları üzrə yaranan overdraft halların gündəlik monitorinqini və təhlilini həyata keçirmək;
  • Müştəri hesabları və kart əməliyyatları üzrə məlumatları yoxlamaq və uyğunsuzluqları müəyyən etmək;
  • Overdraftların düzgünlüyünü və əsaslılığını müəyyən etmək məqsədilə müvafiq əməliyyat və tranzaksiyaların araşdırılmasını həyata keçirmək;
  • Aşkarlanmış problemlər və uyğunsuzluqlar üzrə aidiyyəti struktur bölmələrlə koordinasiya etmək;
  • Overdraftlarla bağlı müraciət və sorğuları araşdırmaq, nəticələrə uyğun olaraq cavabları hazırlamaq;
  • Overdraftlar üzrə müvafiq hesabatların hazırlanmasında və məlumatların sistemləşdirilməsində iştirak etmək;
  • Overdraftların təkrarlanmasının qarşısının alınması məqsədilə təkmilləşdirmə təklifləri hazırlamaq;
  • Daxili prosedur və qaydalara uyğun olaraq digər əlaqəli tapşırıqları yerinə yetirmək.


Requirements

  • Ali təhsil;
  • Kart sahəsində ən azı 1 il iş təcrübəsi ;
  • Kart məhsulları və bank əməliyyatları haqqında ümumi anlayış;
  • Overdraftların və kart əməliyyatlarının təhlili üzrə analitik düşüncə qabiliyyəti;
  • MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
  • Böyük həcmli məlumatlarla işləmək və məlumatları təhlil etmək bacarığı;
  • Diqqətlilik, məsuliyyətlilik və detallara yüksək diqqət;
  • Problemləri operativ müəyyən etmək və həll yolları təklif etmək bacarığı;
  • Komandada işləmək və digər struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı.


About this role

Apply Before

October 21, 2026

Job Posted On

September 21, 2026

Job Type

Full-time

Category

Finance, Business and Administration