"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Home page
/
/
/
Kredit və bazar riskləri şöbəsinə aparıcı mütəxəssis/baş mütəxəssis

Kredit və bazar riskləri şöbəsinə aparıcı mütəxəssis/baş mütəxəssis

14-05-2025

465

Description

“Rabitəbank” ASC Risklərin İdarə Edilməsi Departamentinin Kredit və bazar riskləri şöbəsinə aparıcı/baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri:


  •  Kredit portfeli üzrə müxtəlif hesabatlar və onların təhlilini hazırlamaq (vintaj analizi, miqrasiya matris, roll rate, PD və s.);
  •  Stress-test hazırlanmasında iştirak etmək;
  •  Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  •  Likvidlik, faiz, kapital riskləri ilə bağlı hesabatlıqların tərtib olunması;
  •  ESG (Ətraf mühit, Sosial və İdarəetmə) risklərinin müəyyən olunması, qiymətləndirilməsi və monitorinqini həyata keçirmək;
  •  ESG riskləri üzrə daxili siyasət, prosedur və yanaşmaların hazırlanmasında iştirak etmək;
  • İqlim dəyişikliyi, insan hüquqları, sosial məsuliyyət və korporativ idarəetmə sahəsindəki riskləri təhlil etmək və hesabatlara daxil etmək;
  •  ESG risklərinin təşkilatın ümumi risk idarəetmə çərçivəsinə inteqrasiyasını təmin etmək;
  •  Tənzimləyici qurumlar və investorların ESG ilə bağlı tələblərini izləmək və uyğunluğun təmin olunmasında iştirak etmək;
  •  Aidiyyatı üzrə gündəlik, aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi.


Responsibilities

  • Ali təhsil (Risk menecment,maliyyə,iqtisadiyyat və s. oxşar sahələr);
  • Xarici dil bilikləri üstünlük sayılır (İngilis dili və ya Rus dili);
  • MS Office proqramları xüsusilə Exceldə yüksək səviyyədə işləmək bacarığı;
  • Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində işləmə bacarığı;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;

About this role

Apply Before

June 23, 2025

Job Posted On

may 14, 2025

Job Type

Full-time

Category

Finance, Business and Administration