"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Home page
/
/
/
Mikro kredit üzrə təcrübə proqramı

Mikro kredit üzrə təcrübə proqramı

22-07-2025

1.9K

Description

“Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığı çərçivəsində mikrokreditlər üzrə 3 aylıq ödənişli təcrübə proqramı elan edirik!

Əgər maliyyə sektorunda ilk addımlarını atmaq, real iş proseslərinə qoşulmaq və peşəkar inkişaf yoluna çıxmaq istəyirsənsə bu fürsət sənin üçündür!

 

Proqram haqqında:

  • Müddət : 3 ay
  • Sahə : Mikrokreditlərin təşkili və idarə olunması


Təcrübə nələri əhatə edir:

  •  Peşəkar təlimlər (nəzəri və praktiki)
  •  Baş ofis və filiallarda real təcrübə imkanı
  •  Real keys üzərindən iş proseslərinə birbaşa cəlb olunma
  •  Biznes mühiti və korporativ iş prinsipləri ilə tanışlıq
  •  Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq fürsəti


Responsibilities

Proqram iştirakçılarına nə təklif olunur:

  • Təyin olunmuş aylıq ödəniş
  • Fərdi inkişaf və təcrübə qazandıracaq mühit
  •  Gəlcək iş imkanları üçün real zəmin

 

Kimlər müraciət edə bilər:

  • Namizəd ali təhsilini ən azı bakalavr (və ya magistratura) səviyyəsində tamamlamış olmalıdır
  • Hal-hazırda heç bir təhsil müəssisəsində əyani təhsil almayan namizədlər
  • Məşğul şəxs hesab edilməyən, aktiv əmək müqaviləsi və aktiv vöen əsasında çalışmayan vətəndaşlar

 

Gələcəyini Rabitəbank ilə qur – indi başla !


About this role

Apply Before

August 31, 2025

Job Posted On

July 22, 2025

Job Type

Internship

Category

Finance, Business and Administration