"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Home page
/
/
/
Problemli kreditlər departamenti , İlkin təqib şöbəsi , Problemli kredit mütəxəssisi

Problemli kreditlər departamenti , İlkin təqib şöbəsi , Problemli kredit mütəxəssisi

20-11-2025

4.2K

Description

“Rabitəbank” ASC Bakı filialı üzrə Problemli kreditlər departamenti , İlkin təqib şöbəsi , Problemli kredit mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.


Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Vəzifə öhdəlikləri: 


  •  Gecikməsi olan istehlak kreditlərinin uzaqdan təqib yolu ilə (zəng vasitəsi ilə) sağlamlaşdırılmasını bankın müvafiq qaydalarına uyğun şəkildə həyata keçirtmək;
  •   Bankın müvafiq qaydalarına uyğun şəkildə (iş bölgüsü əsasında ona tapşırıldıqda) Müştərilərə Xidmət Strukturları tərəfindən gecikməsi olan istehlak kreditlərinin sağlamlaşdırılması prosesinə nəzarət etmək;
  • Öz fəaliyyəti ilə bağlı Şöbə rəisinə (tələb edildikdə Departament direktoruna) gündəlik, həftəlik, aylıq, rüblük və illik hesabat vermək;
  •  Gecikməsi olan müştərilərin gecikmə səbəblərini araşdırmaq və sistemdə müvafiq qeydlər aparmaq;
  • Öz fəaliyyətini bankın daxili prosedur və normativ sənədlərinə müvafiq olaraq həyata keçirtmək;
  • Təhkim olunmuş filiallar üzrə Yığımla bağlı qoyulan hədəflərə çatmaq;
  •  Özünün, habelə struktur bölməsinin fəaliyyətinə aid olan digər məsələlərin icrasını təmin etmək;
  •  Departament direktoru və Şöbə rəisi tərəfindən qoyulan tapşırıqları vaxtında və düzgün icra etmək;

Responsibilities

Tələblər :

  •  Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu olunandır);
  •  Bank və ya oxşar kredit təşkilatında ən azı 1 il iş təcrübəsinin olmasına üstünlük verilir)
  • Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dilini bilən şəxslərə üstünlük verilir)
  • MS Office proqramları ilə işləmək bacarığına malik olmaq;
  •  Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
  •  Məsuliyyətli, diqqətli, tələbkar, təşəbbüskar olmaq;

About this role

Apply Before

December 30, 2025

Job Posted On

November 20, 2025

Job Type

Full-time

Category

Finance, Business and Administration