S
Home page
/
/
/
GƏLİRLƏR ÜZRƏ MÜHASİB (AR & Income Auditor)

GƏLİRLƏR ÜZRƏ MÜHASİB (AR & Income Auditor)

Today

103

Description

  • Otelin kredit siyasətini izləmək, tətbiq etmək və bütün qrup hesablarının imzalanmış müqavilələrə uyğunluğunu yoxlamaq.
  • Bütün hüquqi müştərilərin sənədlərini tam və vaxtında yeniləməklə düzgün qeydiyyatın aparılmasını təmin etmək.
  • Müştəri depozitlərinin, avans ödənişlərinin düzgün uçotunu aparmaq və lazımi hallarda bu məlumatları müvafiq şöbələrlə bölüşmək.
  • Gündəlik gəlir hesabatlarını hazırlamaq, POS və Front Office əməliyyatlarını yoxlamaq, şöbələr üzrə gəlir axınlarını analiz edərək düzgünlüyünü təsdiqləmək.
  • Banket, otaq dəyişiklikləri, fitness üzvlüyü, işçi və əyləncə çekləri kimi əlavə gəlir növlərini gündəlik auditə cəlb etmək.
  • Endirim və güzəşt əməliyyatlarını izləmək, təsdiq üçün müvafiq şöbə rəhbərlərinə təqdim etmək, qüvvəsini itirmiş çekləri yoxlamaq.
  • Qonaq folioları və POS çeklərini sistemə əsasən yoxlayaraq qonağa təqdim olunmasını təmin etmək.
  • Kredit kartı ödənişləri və kassir əməliyyatlarını gündəlik nəzarətdə saxlamaq, uyğunsuzluqları vaxtında aradan qaldırmaq.
  • Ayda iki dəfə kredit görüşləri üçün hesabat hazırlamaq, protokollar tərtib edərək rəhbərliyə təqdim etmək.
  • Yeni hüquqi hesablar yaratmaq, borclu şirkətlərin izlənməsi və hesabların bağlanması üzrə tədbirlər görmək.
  • Ay sonu bağlanış prosedurlarında iştirak etmək, gəlir sənədlərini düzgün arxivləşdirmək və istənilən audit zamanı təqdim olunmağa hazır vəziyyətdə saxlamaq.
  • Qrup rezervasiyaları üçün hesablamaları yoxlamaq, müqaviləyə uyğun olaraq otaq qiymətləri və əlavə xidmətlərin düzgün tətbiq olunduğuna əmin olmaq.
  • Qonaqların öz aralarında etdiyi dəyişikliklərin təsirini qiymətləndirmək və gəlir bölünməsində yarana biləcək uyğunsuzluqları düzəltmək.
  • Rezervasiya sistemində paketlərin dəyişdirilməsi zamanı ehtiyatlı olmaq və yalnız zəruri hallarda müdaxilə etmək.
  • Hər bir rezervasiyada xidmətlərin sayının düzgün qeyd olunmasına nəzarət etmək.
  • Sistemlərarası (OPERA, Micros və s.) inteqrasiyanı izləmək və məlumatların uyğunluğunu təmin etmək.
  • İdarəçilik üçün tələb olunan digər maliyyə hesabatlarını, aylıq təhlilləri və statistik rəqəmləri hazırlamaq.


Responsibilities

§ Vaxtında işdə olmaq və gecikməyə yol verməmək.

§ Hər zaman müvafiq uniformanın geyilməsi və fərdi ad nişanının taxılması kimi öhdəlikləri yerinə yetirmək.

§ Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.

§ Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.

§ Növbələrin effektli dəyişməsinin təmin edilməsi üçün yaxşı ünsiyyət saxlamaq və növbəni vaxtında qəbul etmək.

§ Otelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.

§ Ölkənin qanunvericiliyinə riayət etmək.

§ Otelin ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək.

§ Çevik olmaq və iş səlahiyyətləri çərçivəsində verilən göstərişlərə əsasən, digər müvafiq öhdəlik və vəzifələri yerinə yetirmək üçün öz vəzifə öhdəliklərini genişləndirmək, o cümlədən tələb olunduğu hallarda, digər şöbələrə və sahələrə keçmək, biznes ehtiyacları və qonaqlara xidmətlərin göstərilməsi ilə bağlı tələblərə cavab vermək.

§ Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.

§ Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.

§ Otelin Dəyərlərini nümayiş etdirmək və möhkəmləndirmək.


About this role

Apply Before

June 9, 2025

Job Posted On

April 30, 2025

Job Type

Full-time

Category

Finance, Business and Administration