Təyin edilmiş bütün qonaq otaqlarını həmçinin digər xidmət və gediş-gəliş yerlərini təmizlik və gigiyena qaydalarına əməl etməklə təmizləmək.
Tələb olunan hər bir təlimi keçmək və diqqətli olmaq.
Qonaqlara mümkün olan köməkliyi edərək yüksək səviyyədə xidmət göstərmək.
Vanna otaqları, yataq otaqlarını qaydasında və düzgün proseduralara əsasən təmizləmək və təchiz olunmuş məhsullarla otaqları qaydaya salmaq.
Texniki çatışmamazlıqlar, otelin əmlakının itməsi, dəyən ziyan, qonaqların şübhəli davranışları, itmiş əmlak haqqında gecikmədən müvafiq şöbənin ofisinə məlumat vermək.
Zənbil, anbar və xidmət yerlərini səliqəli saxlamaq və növbəti gün istifadə üçün lazımi qaydada təchiz olunmasını təmin etmək.
Gec tərk edilən əraziləri və OO-OS otaqları dəqiq proseduralara əsasən təmizləmək.
Anbarlarda əlavə yastıq, döşək üzü, yorğan və çarpayı döşəkcəsinin olmasını təmin etmək.
Axşam növbəsində dəhlizlərin təmizlənməsi üzrə xüsusi bölgü aparmaq.
Axşam növbəsi zamanı dəhlizlərdə zibilin olub olmadığını yoxlamaq və külqabılarını təmizləmək.
Yanğın pilləkənlərini və çıxış maneələrini boş saxlamaq.
Təmizlik avadanlıqlarını yaxşı vəziyyətdə təmiz saxlamaq, ziyan dəydikdə dərhal məlumat vermək.
Qaydalara əsasən qonaq və təmizlik təchizatlarını yoxlamaq.
Təmizlik avadanlıqlarını yaxşı vəziyyətdə təmiz saxlamaq, ziyan dəydikdə dərhal məlumat vermək.
Tələb olunduqda digər mərtəbə və bölmələrə kömək etmək.
Bu vəzifə üzrə irəli sürülən tələbləri həyata keçirmək üçün şirkət tərəfindən müəyyən edilən qayda və proseduralara müvafiq olaraq bütün vəzifə və öhdəlikləri vaxtında və qaydasında yerinə yetirmək.
İşçilərin Məlumat kitabında öz əksini tapmış və Otelin Yanğın, Təmizlik, Sağlamlıq və Təhlükəsizlik haqqında qaydalarını anlamaq və onlara ciddi riayət etmək.
Baş verə biləcək və mövcud təhlükələr barədə məlumatın verilməsini və dərhal qaydaya salınmasını təmin etmək.