TABIA Group LLC
Home page
/
/
/
Qəbul və qedyiyyat üzrə menecer müavini

Qəbul və qedyiyyat üzrə menecer müavini

12-10-2026

542

Description

  • Qonaqların gəlişlərinin qeydiyyata alınması, yoxlanması və Əməliyyat şöbəsinin bütün prinsiplərinə, proseduralarına, standartlarına və qonaqların tələblərinin həyata keçirilməsinin təmin edilməsi kimi fəaliyyətlərini idarə edir.
  • Otelin həyata keçirdiyi prinsip, prosedur və standartların inkişaf etdirilməsinə, həyata keçirilməsinə və onların yenidən nəzərdən keçirilməsində iştirak etmək.
  • Əməliyyat Şöbəsinin fəaliyyətini yüksək səviyyədə həyata keçirilməsini təmin etmək üçün işçiləri seçir, onları təlimatlandırır, iş rejimini təyin edir və onların fəaliyyətlərini idarə edir
  • Otaqların inventarını (avadanlıqları) yoxlanması, qeydiyyatların aparılması, qrup bronların edilməsi, yüklərin yerləşdirilməsi, lüks otaqların satılmasına nəzarət etmə ilə otelin gəlirini yüksəltmək.
  • İşlərin çox olduğu zaman otelin iş fəaliyyətinin yüksək səviyyədə yerinə yetirilməsinin təmin edilməsinə, ictimai əlaqələrin keyfiyyətli şəkildə həyata keçirilməsinə, təhsisedici tədbirlərin həyata keçirilməsinə və müştərilərin tələblərinin təmin edilməsi üçün onların şikayətlərinin dəyərləndirməsinə nəzarət edir
  • VİP qonaqları qarşılayır və onlara otaqlarına qədər müşayiət edir. Qonaqlara yüksək səviyyəli xidmət göstərir və qonaqlara oteldə qaldıqları müddət ərzində xidmətini təklif edir.
  • Lankaran Springs and Wellness Resort Hotelin Prinsiplərinə müvafiq olaraq qonaqlara onların otelə gəldikləri andan oteli tərk edəcəkləri müddətə qədər yüksək səviyyəli xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə Əməliyyat Şöbəsi, Satış və Marketinq, Texniki Xidmət və Mühafizə xidməti kimi müxtəlif şöbələrinin vəzifələrini müəyyənləşdirir.
  • İşçi heyətin hazırlanmasında ehtiyacın olub-olmadığını müəyyənləşdirir, təlim fəaliyyətini planlaşdırır və həmin heyətin administrativ idarənin iş fəaliyyətinin bütün bölmələr üzrə həyata keçirilməsinə nəzarət edir.
  • İllik büdcənin hazırlanmasında, təlimatların komplektləşdirilməsinə və büdcə çərçivəsində fəaliyyət göstərilməsinin idarə olunmasına köməklik göstərir.
  • Əməliyyat Şöbəsinin işçi heyətinə Otelin qonaqlarının tələblərinə və suallarına cavab vermələri üçün bütün fövqəladə hallar, otelin reklam fəaliyyəti, məhsul üzrə məlumatlar, VİP qonaqlar, qarşıda gələn tədbirlərini və işçilərə verilən təlimatları diqqət mərkəzində saxlayır.
  • İdarəetmə və görüşlərdə iştirak etmək, hesabat və xidmət haqqında qeydlər etmək və vəzifə fəaliyyəti ilə əlaqədar olan digər spesifik vəzifələr kimi administrativ vəzifələr komplektini həyata keçirmək
  •  Otaqların satışı, VİP qonaqlar, qruplar, komandalar üçün otaqların müəyyənləşdirilməsi və otaqların qeydiyyatının aparılması işləri də daxil olmaqla qonaqların gəlişi və oteli tərk etmələri üzrə gündəlik iş fəaliyyətini planlaşdırır və nəzarət edir.


Requirements

Tələblər


Təhsil: Ali təhsil (İqtisadiyyat, menecment və müvafiq sahəsində).


İş təcrübəsi: Hotelçilik üzrə ən azı 5 il və müvafiq sahəs üzrə 2 il iş təcrübəsi.


Bilik və Bacarıqlar:


  • Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Problemləri həll etmə bacarığı;


Kompüter bilikləri:

  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;


Dil bilikləri:                          

Azərbaycan dili – sərbəst;

İngilis və rus dili biliyi – yaxşı səviyyədə;


İş yeri:


Faktiki ünvan: Lənkəran şəhəri, "Lankaran Springs Welness Resort" Hotel.

About this role

Apply Before

November 11, 2026

Job Posted On

October 12, 2026

Job Type

Full-time

Experience

3-4 years

Career level

Professional

Education

High school

Category

Restaurants, Tourism and Accommodation