TABIA Group LLC
Home page
/
/
/
SƏTƏM üzrə Menecer

SƏTƏM üzrə Menecer

Today

6

Description

  • Müəssisədə SƏTƏM işinin təşkili və əlaqələndirilməsi;
  • Müəssisə işçiləri tərəfindən SƏTƏM qanunvericilik və normativ hüquqi aktlara əməl edilməsinə nəzarət;
  • ·Müəssisənin SƏTƏM baxımından fəaliyyətinin təhlil edilməsi və rəhbərliyə hesabatlar təqdim edilməsi, fəaliyyətin təkmilləşdirilməsi üçün tədbirlər təklif edilməsi;
  • İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üçün profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsinin təşkili;
  • Mütəmadi yoxlamalar aparmaq, nöqsanları aradan qaldırmaq üçün prosedurlar hazırlamaq və baş vermiş iş hadisələri və qəzaların səbəblərini təhlil etmək və qarşısının alınması üçün tədbirlər hazırlamaq;
  • Statistik məlumatların toplanması, risklərin qiymətləndirilməsi, işçilərə təlimatların keçirilməsi və müəssisənin SƏTƏM qanunvericiliyinə uyğunluğunun təmin edilməsi;
  • SƏTƏM qanunvericiliyinin yerinə yetirilməsi və məsul şəxslərə göstərişlərin verilməsi;
  • Dövlət orqanlarında və ictimai təşkilatlarda SƏTƏM məsələləri üzrə müəssisənin təmsil edilməsi;
  • Vahid Məlumat Reyestrində (yoxlama.gov.az portalında) qeyd olunmuş SƏTƏM-lə bağlı səlahiyyətli dövlət orqanı tərəfindən aparılan yoxlamaların nəzərdən keçirilməsi, məlumatların əldə edilməsi və rəhbərliyə çatdırılması;
  • Müəssisədə hər hansı yoxlama aparılan səlahiyyətli dövlət orqanının yaranan uyğunsuzluqların aradan qaldırılması üçün hazırlama işlərinə və düzəldici tədbirlərə nəzarət;
  • SƏTƏM üzrə təlimat keçməyən, bilikləri yoxlanılmayan və qaydaları pozan işçilərlə bağlı tədbirlərin görülməsi üçün məlumat vermək;
  • Müəssisənin ərazilərdə, restoranlarda sanitar gigiyena qaydalarına nəzarət etmək;
  • Aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Müəssisə rəhbərinin və SƏTƏM üzrə funksional rəhbərinin verdiyi tapşırıqların yerinə yetirilməsi;
  • Hotel direktoruna və "TABİA Group" SƏTƏM üzrə menecerinə bir başa hesabat vermək.

Requirements

Tələblər


Təhsil: Ali təhsil (İqtisadiyyat, menecment, psixologiya, hüquq və ya ekologiya sahəsində).


İş təcrübəsi: Hotelçilik üzrə ən azı 5 il və müvafiq sahəs üzrə 3 il iş təcrübəsi.

 

Bilik və Bacarıqlar:

• Azərbaycan Respublikasının müvafiq sahə üzrə qanunvericilik bilgiləri;

• SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;

• Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;

• Operativ və düzgün qərar vermək bacarığı;

• Problemləri həll etmə bacarığı;


Kompüter bilikləri:

• MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;

 

Dil bilikləri:              

Azərbaycan dili – sərbəst;

İngilis və rus dili biliyi – yaxşı səviyyədə;


İş yeri:


Faktiki ünvan: Lənkəran şəhəri, "Lankaran Springs Welness Resort" Hotel.

About this role

Apply Before

August 13, 2026

Job Posted On

iyul 14, 2026

Job Type

Full-time

Career level

Executive

Category

Restaurants, Tourism and Accommodation