Unibank Kommersiya Bankı
Home page
/
/
/
Korporativ hüquq şöbəsinin Hüquqşünası

Korporativ hüquq şöbəsinin Hüquqşünası

09-07-2026

247

Description

  • Bankın bütün struktur bölmələrinə hüquqi dəstək göstərmək və onlardan daxil olan sorğulara cavab vermək;
  • İpoteka, girov, alqı-satqı, kredit, qarantiya və digər müqavilələrin layihələrini hazırlamaq, habelə onlara hüquqi rəy vermək;
  • Bankın müxtəlif fəaliyyət istiqamətləri üzrə müqavilələr tərtib etmək, kontragentlər tərəfindən təqdim olunan müqavilə layihələrini Bankın hüquq və mənafelərinə, eləcə də qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluq baxımından təhlil edərək zəruri dəyişiklik və əlavələri etmək;
  • Bank tərəfindən hazırlanan yeni məhsul və xidmətlərə hüquqi dəstək göstərmək;
  • Bank hesablarının açılması və hesablar üzrə əməliyyatlarla bağlı hüquqi ekspertiza aparmaq;
  • Girov, ipoteka, alqı-satqı və icarə müqavilələrinin notarial qaydada bağlanması və dövlət qeydiyyatı zamanı Bankın nümayəndəsi qismində iştirak etmək;
  • Dövlət orqanlarına ünvanlanan rəsmi müraciət və məktubları hazırlamaq.


Requirements

  • Hüquq sahəsində ali təhsil;
  • Korporativ hüquq sahəsində 1 illik iş təcrübəsi;
  • Azərbaycan Respublikasının mülki və bank qanunvericiliyini bilmək;
  • Mülki-hüquqi əqdlərin hazırlanması, bağlanması və rəsmiləşdirilməsi qaydaları üzrə təcrübəyə malik olmaq;
  • Tapşırıqları effektiv şəkildə planlaşdırmaq, təşkil etmək, prioritetləşdirmək və vaxtında icra etmək bacarığı;
  • İşdə dəqiqlik və detallara diqqət yetirmək bacarığı
  • MS Office proqramlarından istifadə etmə bacarığı
  • İngilis və ya rus dilini yüksək səviyyədə bilmək;


About this role

Apply Before

August 8, 2026

Job Posted On

iyul 9, 2026

Job Type

Full-time

Career level

Other

Category

Legal services