U&R Company
Home page
/
/
/
Tətbiq üzrə kiçik mütəxəssis

Tətbiq üzrə kiçik mütəxəssis

  • U&R Company
  • 39k Təbriz küçəsi, Bakı 1008, Azərbaycan
  • Full-time

Yesterday

233

Description

Vəzifə öhdəlikləri:


1. Yeni layihələrin uğurlu start alması üçün ilkin mərhələdə fəal iştirak və funksional dəstək göstərmək;

2. Şirkətin yeni partnyorları ilə layihələrin tələblərini, mərhələləri dəqiqləşdirmək və gündəlik əməliyyat proseslərində effektiv dəstək vermək;

3. 1C-ERP sistemləri qurmaq üçün addımların ardıcıllığı üzrə texniki komandaya tapşırıqlar tərtib etmək, vaxtında və keyfiyyətli icrasına təmin etmək:

4. Yeni qurulmuş 1C-ERP sistemlərin funksiyalarını test edib texniki nasazlıqları vaxtında aşkarlayıb aidiyyəti komandaya bildirmək;

5. 1C-ERP sistemlərin istifadə qaydaları ilə bağlı sənədlərin hazırlanması və mütəmadi olaraq aktual vəziyyətdə saxlanılmasını təmin etmək.


İş şəraiti:


• İş yeri: Şirkətin ofisi;

• İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00

• Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları;

• Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;

• Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;

Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.

Responsibilities

• Ali təhsil dərəcəsi (Biznes informatikası, Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ixtisaslar üstünlük təşkil edir);

• Uyğun sahədə ilkin iş təcrübəsi arzuolunandır;

• Azərbaycan dilində sərbəst işgüzar yazılı və şifahi ünsiyyət bacarığı (C1), rus dili üzrə B1 səviyyəsi; İngilis dili bilikləri əlavə üstünlükdür;

• MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə MS Excel üzrə yaxşı səviyyə tələb olunur);

• ERP sistemləri və biznes prosesləri (maliyyə, insan resursları, təchizat zənciri və s.) haqqında ilkin anlayışlara malik olmaq arzuolunandır;

• Həm müstəqil şəkildə, həm də komanda daxilində effektiv çalışma qabiliyyəti;

• Məsuliyyətli, intizamlı, dəqiq;

• Tapşırıqları düzgün prioritetləşdirmək, iş vaxtını və iş prosesini düzgün planlaya bilmək.

About this role

Apply Before

June 19, 2025

Job Posted On

May 20, 2025

Job Type

Full-time

Category

Finance, Business and Administration