- Rəqəmsal məhsul, xidmət və həllər üzrə biznes tələblərin və əlaqəli sistemlərin funksional tələblərin təhlili;
- Rəqəmsal məhsul və xidmətlərin yaradılması üçün mövcud biznes proseslərin təhlili, texnologiyanın çalışması üçün yeni biznes proseslərə və köməkçi komponentlərə dair tələblərin müəyyənləşdirilməsi;
- Biznes tələblərin əsasında proqramlaşdırma, IT komandaları və kənar proqram təminatçıların işi üçün izahlı texniki tapşırıqların yazılması;
- Mobil və internet tətbiqlər daxilində bank məhsullarının (kreditlər, kartlar, hesablar, depozitlər, köçürmələr və s.) işləmə məntiqinin, o cümlədən inteqrasiya axınlarının (API) və xəta ssenarilərinin təsvir edilməsi;
- Yaradılacaq həllin dizaynını və arxitekturasını informasiya təhlükəsizliyi, komplayens və risk komandaları ilə birgə nəzərdən keçirilməsi və razılaşdırılması;
- Reallaşdırılmış funksionalın yazılmış texniki tapşırığa uyğunluğunu nəzərdən keçirilməsi və istifadəçi sınaqlarında (UAT) iştirak edilməsi;
· Xətaların, biznes proseslərdə və funksionallıqlarda boşluqların müəyyənləşdirilməsi və aradan qaldırılması üçün tətbirlərin görülməsi;
- Məhsul və xidmətlərdə mürəkkəb çətinliklərin araşdırılması;
- "Neqativ ssenariləri" öncədən müəyyənləşdirmək və tələblərdə əks etdirmək;