Xalq Bank
Home page
/
/
/
Xəzinədarlıq İdarəsinin Qiymətli kağızlar ilə iş şöbəsinin mütəxəssisi/böyük mütəxəssisi

Xəzinədarlıq İdarəsinin Qiymətli kağızlar ilə iş şöbəsinin mütəxəssisi/böyük mütəxəssisi

15-09-2026

3K

Description

  • Qiymətli kağızlar bazarında əməliyyatların aparmaq;
  • Banklararası cəlbetmə / yerləşdirmə və qiymətli kağızlar portfelinin hesabatlılığını təmin etmək;
  • Bağlanılmış bütün əməliyyatlar üzrə rəsmi sənədlərin hazırlanıb əqd bağlanan tərəfə göndərilməsini və bankdaxili digər struktur bölmələrinin çevik məlumatlandırılmasını təmin etmək;
  • Banklar, ölkə daxilində fəaliyyət göstərən kapital şirkətləri və fərdi sahibkarlarla iş;
  • Əməkdaşlıq etdiyi yerli və xarici banklar ilə mütəmadi əlaqələri təmin etmək;
  • Şöbə daxilində digər gündəlik vəzifələr, sənədləşmə və əməliyyatlara nəzarət etmək;
  • Rəhbərliyin tələblərinə uyğun olaraq digər hesabat və təhlillər aparmaq.

Requirements

  • Ali magistr təhsili;
  • Hərbi xidmət keçmiş, hərbi xidmətə çağışıra möhlət hüququ və ya çağırışdan azad olmalı (kişilər üçün);
  • Analoji sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi olmalıdır. Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər;
  • Mərkəzi Bank tərəfində verilmiş A; B; C kateqoriyalı ixtisas şəhadətnaməsi olmalı;
  • Bakı Fond Birjasından Broker əməliyyatlarının aparılması üçün verilmiş lisenziya olmalı;
  • Avtomatlaşma işlərinin yaradılması, proqram təminatı testlərinin aparılması işində aktiv iştirak etmə bacarığı olmalı;
  • İşdə dəqiqlik və detallara fikirvermə bacarığı olmalı;
  • İşgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodlarını bilməli;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti olmalı;
  • Komandada işləməyi bacarmalı;
  • Məsuliyyətli, düzgün və etibarlı olmalı;
  • Ünsiyyətcil və təşəbbüskar olmalı;
  • MS Ofis proqramları və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;
  • Analitik təhliletmə və analitik hesabat tərtib etmə bacarığı olmalı;
  • Əmək funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan qanunvericilik aktlarını və digər aktları bilməlidir.

About this role

Apply Before

October 15, 2026

Job Posted On

September 15, 2026

Job Type

Full-time

Education

Master's Degree

Category

Finance, Business and Administration