XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

Müştəri xidmətləri təmsilçisi

Сегодня

26

Описание

1. Marketinq və Tanıtım Fəaliyyətləri

  • Qəbul, Marketinq və Kommunikasiya Bölməsinin müdirinin göstərişi əsasında həyata keçirilən marketinq fəaliyyətlərində və kampaniyalarında üzərinə düşən vəzifə və öhdəlikləri icra edir.
  • KİPİNA Uşaq Bağçasının tanıtım fəaliyyətlərini və tədbirlərini təsdiqlənmiş marketinq və kommunikasiya standartlarına uyğun şəkildə planlaşdırır və həyata keçirir.
  • Potensial valideyn bazasının müəyyənləşdirilməsi, formalaşdırılması və genişləndirilməsi işlərini həyata keçirir, onlarla ilkin və davamlı əlaqələr qurur.
  • Potensial valideynləri bağçaya dəvət edərək tanıtım görüşlərini və müəssisənin təqdimatını həyata keçirir; təhsil proqramları, xidmətləri və üstünlükləri barədə ətraflı məlumat verir.

2. Müraciətlərin İdarə Olunması və Şagird Qəbulu

  • Bütün kommunikasiya kanalları vasitəsilə (telefon, sosial media, elektron poçt, veb-sayt, elektron müraciət sistemi və s.) daxil olan müraciətləri və zənglərə nəzakətli və peşəkar şəkildə cavab verir.
  • Valideyn ön qeydiyyat formalarının hazırlanması və doldurulmasını təmin edir.
  • Yeni şagirdlərin qəbul prosedurlarına uyğun olaraq qiymətləndirmə və qəbul proseslərinin təşkilində iştirak edir.
  • Valideynlərin akademik məsələlərlə bağlı aidiyyəti rəhbərlərlə görüşlərinin təşkilini təmin edir.
  • Qəbul olunmuş uşaqların valideynləri ilə qeydiyyat şərtlərini dəqiqləşdirir, müqavilələrin hazırlanmasını təmin edir və maliyyə prosesləri üçün aidiyyəti bölmələrlə koordinasiyanı həyata keçirir.
  • Valideynlərə KİPİNA Uşaq Bağçasının daxili qaydaları, prosedurları və istifadə olunan platformalar barədə ətraflı məlumat verir.

3. Gündəlik Əməliyyatlar və Valideynlərlə Kommunikasiya

  • Məktəbəqədər təhsil üzrə akademik direktor müavininin rəhbərliyi altında uşaqların təhlükəsiz şəkildə gündəlik qəbulu və təhvil verilməsi prosesini təşkil edir, müvafiq prosedurlara ciddi riayət olunmasını təmin edir.
  • Valideynlərlə məktəbəqədər təhsil bölməsi arasında operativ və effektiv kommunikasiya qurur; onların gündəlik müraciətlərini, şikayət və təkliflərini qəbul edərək aidiyyəti üzrə yönləndirir və nəticələrini izləyir.
  • Valideyn məmnuniyyətinin artırılması istiqamətində fəaliyyət göstərir, onlara göndərilən elan, bildiriş və digər məlumatlandırıcı materialların hazırlanmasına və çatdırılmasına dəstək verir.

4. Korporativ Tədbirlərin Təşkili

  • İllik İş Təqviminə uyğun olaraq keçirilən bütün korporativ tədbirlərin (açıq qapı günləri, təqdimatlar, seminarlar, bayram tədbirləri, sərgilər və s.) planlaşdırılması, qeydiyyatı, kommunikasiyası və koordinasiyası işlərini həyata keçirir.
  • Tədbirlər və bağçada keçirilən görüşlər zamanı valideynlərin qarşılanmasını, məlumatlandırılmasını və aidiyyəti üzrə yönləndirilməsini təmin edir.
  • İllik iş təqvimində edilən dəyişiklikləri mütəmadi izləyir və fəaliyyətini buna uyğun planlaşdırır.

5. Hesabatlılıq və İnzibati Öhdəliklər

  • İnstitusional qaydalara uyğun olaraq, inzibati baxımdan Qəbul, Marketinq və Kommunikasiya Bölməsinin müdirinin, funksional baxımdan isə Məktəbəqədər təhsil üzrə akademik direktor müavininin verdiyi tapşırıqları icra edir.
  • Bütün dövri iclaslarda iştirak edir və öz fəaliyyət sahəsi üzrə qəbul edilmiş qərarların vaxtında icrasını təmin edir.
  • Daxil olan müraciətlər, sorğular və ziyarətlər üzrə, həmçinin fəaliyyət istiqaməti üzrə tələb olunan aylıq və illik hesabatları hazırlayaraq rəhbərliyə təqdim edir.
  • Gündəlik əməliyyat fəaliyyəti ilə bağlı məlumatları toplayaraq Məktəbəqədər təhsil üzrə akademik direktor müavininə təqdim edir.
  • Qeydiyyatdan imtina edən valideynlərlə bağlı məlumatları toplayır, imtina səbəblərini araşdırır və müvafiq hesabatlar hazırlayır.

6. Ümumi Korporativ Qaydalar

  • KİPİNA Uşaq Bağçasının rəsmi elektron poçt ünvanını və digər kommunikasiya vasitələrini gündəlik izləyir, daxil olan məktub/sorğuların aidiyyəti şəxslərə vaxtında çatdırılmasını və yönləndirilməsini təmin edir.
  • Bütün fəaliyyətini daxili və xarici müştəri məmnuniyyəti və məlumatların məxfiliyi prinsipləri əsasında həyata keçirir, bağçanı öz sahəsinə uyğun olaraq peşəkarlıqla təmsil edir.
  • Digər bölmələrdən daxil olan sorğuların icrasına dəstək göstərir.
  • İş prosesinin axsaqlıqsız davam etməsi üçün satınalma ehtiyaclarını rəhbərliyə bildirir və istifadə etdiyi avadanlıqlardakı texniki nasazlıqlar barədə aidiyyəti bölmələri məlumatlandırır.
  • Rəhbərlik tərəfindən təsdiq edilmiş digər əlavə vəzifə öhdəliklərini icra edir.

Требования

1. Təhsil, Təcrübə və Dil Bilikləri

  • Təhsil: Təhsil, Biznesin idarə edilməsi, Marketinq, Menecment, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil (üstünlükdür).
  • İş Təcrübəsi: Müştəri xidmətləri, qəbul, satış, marketinq və ya təhsil sahəsində iş təcrübəsi (üstünlükdür).
  • Dil Bilikləri: Azərbaycan dili – Mükəmməl (C2); İngilis dili – Minimum orta (B2); Rus dili – Minimum orta (B2).


2. Peşəkar və Qanunvericilik Bilikləri

  • Azərbaycan Respublikasının "Təhsil haqqında" və "Uşaq hüquqları haqqında" qanunları, eləcə də BMT-nin Uşaq Hüquqları Konvensiyasının əsas prinsipləri barədə məlumatlı olmaq.
  • Məktəbəqədər təhsil sahəsində müasir yanaşmaları, həmçinin müştəri xidməti və korporativ kommunikasiya prinsiplərini bilmək.
  • Fəaliyyət sahəsinə aid əmək qanunvericiliyi müddəaları, məlumat məxfiliyi, əməyin mühafizəsi, sanitar-gigiyena və yanğından mühafizə qaydaları barədə ümumi məlumata malik olmaq və onlara ciddi riayət etmək.


3. Texniki və Funksional Bacarıqlar

  • MS Office proqramlarından (Word, Excel, PowerPoint, Outlook) sərbəst istifadə bacarığı.
  • Elektron poçt, onlayn kommunikasiya platformaları və CRM sistemləri ilə işləmək təcrübəsi.
  • Məlumatların təhlili, peşəkar hesabatların və təqdimatların hazırlanması bacarığı.


4. Şəxsi və Davranış Kompetensiyaları (Soft Skills)

  • Effektiv Kommunikasiya: Yüksək yazılı/şifahi ünsiyyət, təqdimat bacarığı, səbirlilik və nəzakətli davranış nümayiş etdirmək.
  • Müştəri Yönümlülük və EQ: Yüksək emosional zəka (EQ), daxili və xarici müştərilərlə peşəkar münasibətlər qurmaq və münaqişələri konstruktiv idarə etmək bacarığı.
  • İşin Təşkili: Vaxtın səmərəli idarə olunması, planlaşdırma, prioritetləşdirmə və eyni vaxtda bir neçə tapşırığı (multitasking) nəticəyönümlü idarə edə bilmək.
  • Peşəkar Yanaşma: Məsuliyyətlilik, yüksək etik davranış standartları, proaktivlik və inkişafa/yeniliklərə açıq düşüncə tərzi (Growth Mindset).


İş yeri: Kipina - Badamdar filialı

İş saatları: 08:30-17:30

О вакансии

Конечный срок

July 3, 2026

Опубликовано

июнь 3, 2026

Тип занятости

Полная занятость

Опыт

1-2 лет

Уровень карьеры

Молодой специалист

Образование

Бакалавр

Категори

Образование

Льготы и преимущества

  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Tibbi sığorta